...

"Norm" sement zavodunun əsas texnoloji avadanlıqlarının Almaniyadan idxalının maliyyələşdirilməsinə dair müqavilə imzalanıb (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Dekabr 2012 14:44 (UTC +04:00)
Dekabrın 21-də Bakıdakı “JW MarriottAbsheron” otelində Norm MMC-nin“Qızıldaş Sement” zavodunun əsas texnoloji avadanlıqlarının Almaniyadan idxalının PAŞA Bank ASC-ninzəmanəti ilə Commerzbank tərəfindən maliyyələşdirilməsinə dair müqavilə imzalandı.
"Norm" sement zavodunun əsas texnoloji avadanlıqlarının Almaniyadan idxalının maliyyələşdirilməsinə dair müqavilə imzalanıb (FOTO)

Dekabrın 21-də Bakıdakı "JW MarriottAbsheron" otelində Norm MMC-nin "Qızıldaş Sement" zavodunun əsas texnoloji avadanlıqlarının Almaniyadan idxalının PAŞA Bank ASC-ninzəmanəti ilə Commerzbank tərəfindən maliyyələşdirilməsinə dair müqavilə imzalandı.

Zavodun əsas texnoloji avadanlıqları Almaniyanın bu sahədə aparıcı şirkətləri olan Hazemag, Pfeiffer,ClaudiusPeters, Siemens, AumundvəHaver&Boeckertərəfindən təchiz edilir. Almaniyadaistehsal edilən bu avadanlıqların bir qismi artıq Azərbaycana gətirilib.

Bu avadanlıqların idxalının maliyyələşdirilməsi ilə bağlı Almaniyanın bir sıra maliyyə qurumları ilə danışıqlar aparılıb və Norm MMC-nin korporativ idarəetmə modeli və şəffaf maliyyə strukturu bu qurumlar tərəfindən təqdir edilib. Nəticədə,Alman İxrac-Sığorta Agentliyi - EulerHermesvə PAŞA Bankın zəmanəti iləAlmaniyanın beynəlxalq miqyaslı bankı Commerzbanktərəfindən 22.3 milyon ABŞ dolları həcmində 7 il müddətinə kredit ayrılması barədə razılıq əldə edilib. Yeri gəlmişkən Almaniyanın aparıcı maliyyə institutlarının Azərbaycan şirkətinin maliyyələşdirilməsində fəal iştirakı ölkəmizə olan etimadın göstəricisi kimi qiymətləndirilə bilər.

Zavodun cari ilin mart ayında başlanmış geniş miqyaslı tikinti işləri hazırda sürətlə davam etdirilir. Bundan əlavə zavod ərazisinə 10 km uzunluğunda, müasir tələblərə cavab verən avtomobil yolu, yüksək gərginlikli elektrik xətti, su kəməri və fiber optikkabel xəttiçəkilib. Hal hazırda əsas istehsal binalarınınbünövrə-betonlama işləri başa çatdırılıb və yerüstü tikinti işləri davam etdirilir. Yaxın günlərdə avadanlıqların quraşdırma işlərinə başlanacaq.

Bakının Qaradağ rayonunda inşa edilən zavodun istehsal gücü gündə 5 min ton klinker, ildə isə 2 milyon ton sement təşkil edəcək. Zavod Qafqazda və Xəzər dənizi regionunda ən iri sement istehsalı müəssisəsi olacaq.

İstehsalda ən son innovasiyalara üstünlük verilməsi, dünyada mövcud olan ən müasir texnologiyaların və avadanlıqların tətbiq edilməsi Avropanın ən sərt ekoloji standartlarına riayət olunmasını, istehsalın səmərəliliyini və enerjiyə maksimum qənaəti təmin edəcək.

Zavod müasir texnologiyaların tətbiqi sayəsində Azərbaycanda, habelə Xəzər bölgəsində ilk dəfə olaraq neft sənayesi üçün API standartlarına uyğun xüsusi növ quyu-tamponaj sementi istehsal etməyə imkan verəcək.

Bu layihə yeni iş yerlərinin açılması baxımından da böyük əhəmiyyət kəsb edir. Belə ki, bilavasitə zavodda 400 nəfər, xammal mədənlərində isə daha 100-150 nəfər işlə təmin ediləcək. Bundan əlavə istehsaldan satışadək, o cümlədən kimya, nəqliyyat, yanacaq, qida və digər xidmət sahələri üzrə yüzlərlə yeni iş yeri yaradılacaq.

Qeyri-neft sektorunun ən irilayihələrindən biri olan NormMMC-nin"Qızıldaş Sement" zavoduplana əsasən2013-cü ilin sonuncu rübündə istismara veriləcək və zavod ölkəmizin iqtisadi qüdrətinin daha da artmasına öz layiqli töhfəsini verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti