...

"flydubai" Səudiyyə Ərəbistanı üzrə aviareyslərin şəbəkəsini genişləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Yanvar 2013 14:16 (UTC +04:00)
Dubayın "flydubai" aviaşirkəti Səudiyyə Ərəbistanının Hail şəhərinə uçuşlara başlayıb. Trend-in məlumatına görə, bu barədə cümə axşamı aviaşirkətin yaydığı məlumatda deyilir.
"flydubai" Səudiyyə Ərəbistanı üzrə aviareyslərin şəbəkəsini genişləndirir

Azərbaycan, Bakı, 10 yanvar/Trend, müxbir E. İsmayılov/

Dubayın "flydubai" aviaşirkəti Səudiyyə Ərəbistanının Hail şəhərinə uçuşlara başlayıb. Trend-in məlumatına görə, bu barədə cümə axşamı aviaşirkətin yaydığı məlumatda deyilir.

Ölkənin şimal-qərbində yerləşən Nəcd vilayətinin Hail oazis şəhərinə reyslər 2013-cü il fevralın 13-dən başlayır. Bu şəhər buğda, xurma və meyvə istehsalı üzrə Səudiyyə Ərəbistanının liderlərindən biridir.

Hail şəhərinə uçuşlar həftədə iki dəfə həyata keçiriləcək. Dubaydan Hailə hər iki tərəfə biletin qiymətin 272 dollardan başlayır.

"Biz bundan sonra da Səudiyyə Ərəbistanı ilə əməkdaşlığı yaxşılaşadırmağa maraq göstəririk və "flydubai"a daimi dəstəyə görə hakimiyyətə minnətdarıq. Bu reysin işə salınması bizim regional aeroprtlarla işləməyə və Dubaya birbaşa reyslər həyata keçirməyə hazır olmağımızı təsdiq edir. Biz Haildən sərnişinlərimizi səbirsizliklə gözləyirik. Krallığın iqtisadiyyatı üçün bu şəhərin əhəmiyyəti getdikcə daha çox artır" , - "flydubai"in baş meneceri Qeyt əl-Qeyt deyib.

Şirkət 2010-cu ilin noyabrında Səudiyyə Ərəbistanında fəaliyyətə başlayıb və hazırda Ər-Riyad, Ciddə, Abha, Yanbu, Qasım, Tabuk, Taif və əlavə olaraq Hailə reyslər həyata keçirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti