...

Azərbaycanda vergi yükünün azalması qeyri-neft sektorunun ciddi artımına səbəb olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Fevral 2013 14:24 (UTC +04:00)
Azərbaycanda qeyri-neft sektorunun vergi yükünün azalması son 10 il ərzində bu sektorun ciddi artımına səbəb olub.
Azərbaycanda vergi yükünün azalması qeyri-neft sektorunun ciddi artımına səbəb olub

Azərbaycan, Bakı, 8 fevral /Trend, müxbir A.Axundov/

Azərbaycanda qeyri-neft sektorunun vergi yükünün azalması son 10 il ərzində bu sektorun ciddi artımına səbəb olub. Trend-in məlumatına görə, bu barədə Azərbaycan iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova cümə günü Bakıda keçirilən "Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər" mövzusunda II vergi forumunda çıxışı zamanı bildirib.

"Son on il ərzində ölkənin ÜDM-i 3,7 dəfə, qeyri-neft ÜDM isə 2,3 dəfə artıb. Bununla yanaşı, Azərbaycan iqtisadiyyatına qeyri-neft sektorundan vergi daxilolmalarının həcminin qeyri-neft ÜDM-in həcminə nisbəti 2012-ci ildə 10 faiz təşkil edib ki, bu da 2003-cü ilin analoji göstəricisini 1,5 faiz bəndi üstələyib. Bu isə onu göstərir ki, həmin dövrdə qeyri-neft sektorunun vergi yükü azalıb, vergi güzəştləri və optimal dərəcələr qeyri-neft sektorunun artmasına kömək edib", - Həsənova qeyd edib.

Onun sözlərinə görə, son 10 il ərzində ölkənin qeyri-neft iqtisadiyyatının orta illik artımı 10 faizi ötüb ki, bu da yüksək göstəricidir.

"2012-ci ildə ölkənin əsas iqtisadi uğurları 9,7 faiz artaraq 28 milyard manat təşkil edən qeyri-neft sektorunun inkişafı ilə bağlıdır. Ötən il ümumilikdə 20 milyard manat təşkil edən iqtisadiyyata kapital qoyuluşlarının 75 faizindən çoxu qeyri-neft sektorunun payına düşüb. 2007-ci ildən etibarən neft sektoruna nisbətən qeyri-neft sektoruna daha çox sərmayə qoyulur", - Həsənova deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti