...

Baş nazir: Ötən il Azərbaycanın kənd təsərrüfatı məhsullarının idxalından asıllığı azalıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Mart 2013 14:09 (UTC +04:00)
В прошлом году производство сельхозпродукции в Азербайджане выросло на 6,6 процента, были получены хорошие результаты в производстве и переработке основных сельхозпродуктов.
Baş nazir: Ötən il Azərbaycanın kənd təsərrüfatı məhsullarının idxalından asıllığı azalıb

Azərbaycan, Bakı, 15 mart/Trend, müxbir A. Axundov/

Ötən il Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı 6,6 faiz artıb, əsas kənd təsərrüfatı məhsullarının istehsalı və emalında yaxşı nəticələr əldə edilib.

Trend-in məlumatına görə, bu barədə cümə günü Baş nazir Artur Rasizadə parlamentdə ötən ilin yekunlarına dair hökumətin hesabatının müzakirəsi zamanı deyib.

"Kənd təsərrüfatı məhsulları istehsalçıları üçün güzəşt və subsidiyalar, aqrolizinq xidmətlərinin göstərilməsi, müasir texnologiyaların tətbiqi, cins heyvanların alınması və dövlət dəstəyi çərçivəsində digər tədbirlər buna öz töhfəsini verib. 2012-ci ildə ərzaq mallarının təminatında idxaldan asıllığın azaldılması məqsədilə yeni quşçuluq, heyvandarlıq, istixana kompleksləri, taxıl anbarı, soyuducu kameraları istismara verilib", - Rasizadə qeyd edib.

Onun sözlərinə görə, əhalinin taxıl məhsullarına tələbatını ödəmək üçün Beyləqan və Ağcabədidə iri taxıl təsərrüfatlarının yaradılmasına başlanılıb, hazırda onların digər rayonlarda da yaradılması üzrə işlər aparılır.

"2012-ci ildə dövlət büdcəsi və Dövlət Neft Fondunun vəsaitləri hesabına meliorasiya işlərinin həyata keçirilməsi davam etdirilib, Taxtakörpü və Şəmkirçay su anbarlarının tikintisini xüsusən qeyd etmək lazımdır", - Rasizadə deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti