...

Azərbaycan Memarlar İttifaqı "Bresser Eurasia" ilə anlaşma memorandumu imzalayıb (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Aprel 2013 17:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 aprel /Trend, müxbir H.Vəliyev/

Bu gün Bakıda Azərbaycan Memarlar İttifaqı (AMİ) ilə Niderlandın "Bresser Eurasia BN" şirkəti arasında anlaşma memorandumu imzalanıb.

Trend-in məlumatına görə, sənədi AMİ-nin sədri Elbəy Qasımzadə və "Bresser Eurasia BN" şirkətinin rəhbəri Leon Sveyhers deyib.

Sənəd müxtəlif istiqamətlər, xüsusilə, Azərbaycan şəhərlərinin tikinti-bərpa potensialının artımına yardımın göstərilməsi, yüksəkixtisaslı mütəxəssislərin hazırlanması sahəsində sıx əməkdaşlıq, mühəndis xidmətləri və tikinti sahəsində təcrübə mübadiləsi, həmçinin müxtəlif növ birgə layihələrin həyata keçirilməsi üzrə qarşılıqlı fəaliyyəti nəzərdə tutur.

Niderlan şirkəti Bakının Füzuli küçəsində yerləşən binanın köçürülməsi üzrə layihənin icraçısıdır.

Texnoloji proses binanın bir neçə millimetr qaldırılması və onun altında quraşdırılmış hidravlik aparatların köməyi ilə binanın yerinin dəyişdirilməsini nəzərdə tutur.

Şirkətin bu sahədə 30 illik iş təcrübəsi var. Şirkətin yerindən köçürdüyü binaların sayı 35-i ötür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti