...

Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş qızıl sikkələr istehsal olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Aprel 2013 12:08 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankı (AMB) Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə qızıl xatirə sikkələrin istehsalını təşkil edib.
Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş qızıl sikkələr istehsal olunub

Azərbaycan, Bakı, 26 aprel /Trend, müxbir A. Axundov/

Azərbaycan Mərkəzi Bankı (AMB) ümumilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə qızıl xatirə sikkələrin istehsalını təşkil edib.

Trend-in məlumatına görə, Böyük Britaniyanın "The Royal Mint" Kral Sikkəxanasında 3 növdə ən yüksək əyarlı qızıldan hazırlanmış yeni nəsil xatirə sikkələrinin üzərində milli ornament üslubunda aypara və səkkizguşəli ulduzun fonunda Heydər Əliyevin portreti əks olunub.

Sikkələrin təqdimetmə mərasimi cümə günü "Heydər Əliyev və maliyyə-kredit sistemi: nailiyyətlər və çağırışlar" konfransının gedişi zamanı baş tutub.

"Sikkələr ən yüksək estetik tələblərə və beynəlxalq standartlara cavab verir. Sikkələr milli ornamentin elementləri ilə bəzədilib", - MBA-nın İdarə Heyətinin sədri Elman Rüstəmov sikkələrin təqdim edilməsi zamanı çıxışında bildirib.

MBA 3 növdə sikkələr təqdim edib: hər biri 1 troya unsiyası (31,21 qram) olan üç min ədəd, hər biri 10 troya unsiyası (313 qram) olan 500 ədəd sikkə və hər biri 1 kq olan 5 ədəd sikkə.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti