...

Azərbaycanda dərman preparatları qanunvericilik səviyyəsində rüsumlardan azad ediləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 İyun 2013 14:42 (UTC +04:00)
Azərbaycana idxal edilən dərman preparatları qanunvericilik səviyyəsində gömrük rüsumlarından azad ediləcək. Bu, Milli Məclisin İqtisadi siyasət komitəsinin bu gün keçirilən iclasında nəzərdən keçirilmiş "Gömrük tarifi haqqında" qanun layihəsində yer alıb.
Azərbaycanda dərman preparatları qanunvericilik səviyyəsində rüsumlardan azad ediləcək

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir E.Əliyev/

Azərbaycana idxal edilən dərman preparatları qanunvericilik səviyyəsində gömrük rüsumlarından azad ediləcək. Bu, Milli Məclisin İqtisadi siyasət komitəsinin bu gün keçirilən iclasında nəzərdən keçirilmiş "Gömrük tarifi haqqında" qanun layihəsində yer alıb.

Trend-in məlumatına görə, qanun layihəsini Parlamentə təqdim etmiş Dövlət Gömrük Komitəsinin (DGK) Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin rəisi, general-mayor Mirqasım Vahabov bildirib ki, bu qanun layihəsi milli iqtisadiyyatın inkişafında və gömrük tarifləri sahəsində qanunvericilik bazasının beynəlxalq standartlara uyğunlaşdırılmasında vacib rol oynayır: "Onun tərtib edilməsində Azərbaycanın üzv olmağa çalışdığı Ümumdünya Ticarət Təşkilatının irəli sürdüyü tələblər nəzərə alınıb, lakin ilk növbədə bu qanun ölkənin milli maraqlarını nəzərə alır".

Onun sözlərinə görə, qanun layihəsi gömrük tarifinin formalaşdırılması və tətbiqi qaydalarını, həmçinin gömrük sərhədi ilə daşınan mallardan gömrük rüsumlarının tutulmasını müəyyənləşdirir. Sənəd 5 bölmə və 23 maddədən ibarətdir: "Məlum olduğu kimi, Nazirlər Kabinetinin müvafiq qərarı ilə ölkəyə idxal edilən dərmanlar artıq ƏDV və gömrük rüsumlarından azad edilib. Bu qanun layihəsinin qəbul edilməsilə bu normalar qanunvericiilik səviyyəsində möhkəmləndiriləcək".

Müzakirələrin yekunu olaraq, qanun layihəsi baxılması üçün Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Bundan başqa, Parlamentin İqtisadi siyasət komitəsi "Ölçü vahidlərinin təminatı haqqında" qanun layihəsini müzakirə edib. Bu qanun layihəsi, həmçinin baxılması üçün Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti