...

Azərbaycan-Belçika-Niderland biznes forumu keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 İyun 2013 18:07 (UTC +04:00)
Bu il iyunun 13-də İqtisadi İnkişaf Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Bakıda Azərbaycan-Belçika-Niderland biznes forumu keçiriləcək.
Azərbaycan-Belçika-Niderland biznes forumu keçiriləcək

Azərbaycan, Bakı, 7 iyun /Trend, müxbir E.Əliyev/

Bu il iyunun 13-də İqtisadi İnkişaf Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Bakıda Azərbaycan-Belçika-Niderland biznes forumu keçiriləcək. Bu barədə Trend cümə günü AZPROMO-ya istinadən məlumat verir.

Tədbirdə Belçikanın Lommel və Niderlandın Bergeijk şəhərlərindən biznes nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində mühəndislik, boruların qorunması üçün məhsulların istehsalı, opto-mexatronik sistemlər və mexaniki modulların istehsalı, innovativ quşçuluq təsərrüfatları, günəş energisi panelləri üçün şüşə istehsalı, küləkdən, biomassadan və bioqazdan enerji istehsalı, suyun təmizlənməsi və digər sektorları təmsil edən holland və belçikalı sahibkarlar iştirak edəcəklər.

Azərbaycan sahibkarları biznes forumda iştiraka dəvət olunurlar.

Tədbirlə bağlı əlavə məlumat almaq üçün AZPROMO-ya müraciət etmək olar: tel.: 012 598 01 47/48 (daxili 108)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti