...

Azərbaycan Beynəlxalq Üzüm və Şərab Təşkilatının üzvlüyünə qəbul edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 İyun 2013 13:32 (UTC +04:00)
Kənd təsərrüfatı naziri İsmət Abasovun rəhbərlik etdiyi nümayəndə heyəti cari ilin 2-7 iyun tarixlərində 36-cı Ümumdünya Üzüm və Şərab Konqresində və Beynəlxalq Üzüm və Şərab Təşkilatının 11-ci Baş Assambleyasında iştirak etmək məqsədilə Rumıniyada səfərdə olub.
Azərbaycan Beynəlxalq Üzüm və Şərab Təşkilatının üzvlüyünə qəbul edilib

Azərbaycan, Bakı, 8 iyun /Trend/

Azərbaycan 36-cı Ümumdünya Üzüm və Şərab Konqresində və Beynəlxalq Üzüm və Şərab Təşkilatının 11-ci Baş Assambleyasında bu təşkilata üzv seçilib.

Kənd təsərrüfatı naziri İsmət Abasovun rəhbərlik etdiyi nümayəndə heyəti cari ilin 2-7 iyun tarixlərində 36-cı Ümumdünya Üzüm və Şərab Konqresində və Beynəlxalq Üzüm və Şərab Təşkilatının 11-ci Baş Assambleyasında iştirak etmək məqsədilə Rumıniyada səfərdə olub.

Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində nazir İsmət Abasov Rumıniyanın Braşov şəhərinin Kənd Təsərrüfatı üzrə Ödəmələr və Müdaxilə Agentliyinin baş direktoru Stanea Dorel Lonqin ilə görüşüb. Görüş zamanı şəhərin yerləşdiyi bölgədə fermerlər və təşərrüfat subyektləri üçün dövlət tərəfindən ayrılan ödəmələrin kompüterləşdirilmiş idarəetmə və fəaliyyət sisteminə əyani baxış keçirilib, hər iki ölkədə subsidiyaların ödənilməsi prosedurlarına dair fikir mübadiləsi aparılıb. İ.Abasov Azərbaycanda subsidiyaların ödənilməsi mexanizminin fəaliyyəti barədə qarşı tərəfə məlumat verib, Rumıniya tərəfi Azərbaycanın bu sahədəki təcrübəsinin təqdirəlayiq olduğunu bildirib.

Nazir Beynəlxalq Üzüm və Şərab Təşkilatının 11-ci Baş Assambleyasında iştirak edib. Baş Assambleyada Azərbaycanın təşkilata nəzərdə tutulan üzvlüyü ilə əlaqədar olaraq Azərbaycan nümayəndə heyəti tərəfindən videotəqdimat edilib. Daha sonra nazir İsmət Abasov çıxış edərək Azərbaycanda üzümçülük və şərabçılıq sahəsinin inkişafı məqsədilə dövlət tərəfindən həyata keçirilən tədbirlər, bu sahənin uzunmüddətli inkişaf strategiyasının müəyyən edilməsi məqsədilə ölkə başçısı İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş "2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı", bu sahəyə ayrılan subsidiyalar, habelə ölkəmizlə Beynəlxalq Üzüm və Şərab Təşkilatı arasında üzvlükdən sonrakı dövr üçün əməkdaşlıq istiqamətləri barədə məlumat verib. Nazir İsmət Abasov 2012-ci ilin noyabr ayında Azərbaycanın Gəncə şəhərində keçirilmiş 1-ci Beynəlxalq Üzüm və Şərab Festivalının Azərbaycanın üzümçülük və şərabçılıq ənənələrinin möhməkləndirilməsində xüsusi rolunu qeyd edərək, tədbir iştirakçılarını cari ilin 9-10 noyabr tarixlərində Azərbaycanın Gəncə şəhərində keçiriləcək 2-ci Beynəlxalq Üzüm və Şərab Festivalına dəvət edib.

Daha sonra Beynəlxalq Üzüm və Şərab Təşkilatının prezidenti Klaudia İnes Quini və təşkilatın baş direktoru Federiko Kastelluççi nazir İsmət Abasovu təşkilatın prosedur qaydalarına uyğun olaraq ölkəmizin cari ilin 11 iyun tarixində təşkilata rəsmən üzv olması ilə əlaqədar əvvəlcədən təbrik ediblər.

Proqrama uyğun olaraq, Baş Assambleyada təşkilatın baş direktoru vəzifəsinə seçkilər keçirilib və Fransa nümayəndəsi cənab Jan Mari Aurand təşkilatın yeni baş direktoru seçilib. İ.Abasov yeni baş direktoru təbrik edib və onu cari ilin noyabr ayında Gəncə şəhərində keçiriləcək 2-ci Beynəlxalq Üzüm və Şərab Festivalına dəvət edib.

Baş Assambleyada, həmçinin Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və Azərbaycanın Rumıniyadakı səfirliyinin məsul əməkdaşı Anar Şükürov iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti