...

Niyazi Səfərov: Azərbaycan beynəlxalq tərəfdaşlarla iqtisadi təcrübəsini bölüşməyə hazırdır (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyun 2013 14:09 (UTC +04:00)
Azərbaycan xarici tərəfdaşları ilə iqtisadi təcrübəsini bölüşməyə hazırdır.
Niyazi Səfərov: Azərbaycan beynəlxalq tərəfdaşlarla iqtisadi təcrübəsini bölüşməyə hazırdır (FOTO)

Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir E.Əliyev /

Azərbaycan xarici tərəfdaşları ilə iqtisadi təcrübəsini bölüşməyə hazırdır.

Trend-in məlumatına görə, bu barədə cümə axşamı Bakıda keçirilən Azərbaycan-Belçika-Niderland biznes forumunun açılışında iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov bildirib: "Azərbaycan hökuməti tərəfindən həyata keçirilən ölkənin iqtisadi inkişaf strategiyası böyük iqtisadi artımla nəticələnib. Bunun nəticəsi olaraq hazırda Azərbaycan dünyanın 150-dən artıq ölkəsi ilə iqtisadi əlaqələr qurub. Bugünkü forum bunun canlı nümunəsidir. Belə tədbirlər xaricdən Azərbaycana olan böyük marağı təsdiqləyir".

Onun sözlərinə görə, hər üç ölkə arasında bir çox sahələrdə uğurla inkişaf edən əlaqələr qurulub: "Azərbaycanda 80-dən yuxarı Niderland və 16 ədəd Belçika sərmayəsi ilə işləyən şirkət fəaliyyət göstərir".

Nazir müavinin sözlərinə görə, yüksək səviyyəli qarşılıqlı səfərlər iqtisadi sahədə əməkdaşlığa öz müsbət töhfəsini verir: "Bizim ölkələr arasında ikitərəfli əməkdaşlığın ən yüksək səviyyədə inkişafının məntiqi davamı olaraq müntəzəm şəkildə müxtəlif işgüzar görüşlər və biznes forumlar keçirilir.

Nazir müavininin sözlərinə görə, Azərbaycanda xarici sərmayələr üçün əlverişli mühit formalaşdırılıb: "Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ümummilli lider Heydər Əliyev tərəfindən həyata keçirilən islahatlar nəticəsində siyasi, iqtisadi və dövlət idarəetmə sistemində əhəmiyyətli inkişafa nail olunub. Azərbaycanda beynəlxalq əməkdaşlığın genişlənməsi və yeni tərəfdaşların cəlb olunması üçün üç əsas şərt olan iqtisadi, siyasi və sosial sabitlik yaradılıb və qorunur. Bütün bunlar inkişaf üçün möhkəm bünövrə, o cümlədən ölkəni beynəlxalq arenada etibarlı tərəfdaş kimi təqdim edir".

Biznes forum Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən təşkil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti