...

Azərbaycanda terrorizmin maliyyələşdirilməsi və çirkli pulların yuyulması ilə mübarizə üzrə ilk sertifikatlaşdırılmış ekspertlər yaranıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 İyun 2013 19:35 (UTC +04:00)
Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (PL/TMM) sahəsində peşəkar mütəxəssis hazırlığı ilə bağlı tədbirlər mütəmadi şəkildə davam etdirilir.
Azərbaycanda terrorizmin maliyyələşdirilməsi və çirkli pulların yuyulması ilə mübarizə üzrə ilk sertifikatlaşdırılmış ekspertlər yaranıb

Azərbaycan, Bakı, 27 iyun/Trend, müxbir A. Axundov/

Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (PL/TMM) sahəsində peşəkar mütəxəssis hazırlığı ilə bağlı tədbirlər mütəmadi şəkildə davam etdirilir. Bu istiqamətdə Azərbaycan Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti tərəfindən tətbiq olunmuş və müasir təhsil və təlim texnologiyalarına əsaslanan elektron tədris ("e-Learning") portalı mühüm vasitə kimi çıxış edir.

Artıq cari ilin iyun ayında "e-Learning" portalında yerləşdirilən müvafiq kurs materiallarını müvəffəqiyyətlə tamamlayan monitorinq subyektlərinin əməkdaşları üçün Maliyyə Monitorinqi Xidməti tərəfindən birinci imtahan sessiyası keçirilib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Maliyyə Monitorinqi Xidmətinin yaydığı məlumatda deyilir.

İmtahanda 8 bankın PL/TMM sahəsində çalışan 9 əməkdaşı iştirak edib. Keçirilmiş imtahan nəticəsində 9 iştirakçıdan yalnız 6-ı 70% olaraq müəyyən edilmiş müvəffəqiyyət limitini keçə bilmiş və beləliklə,"PL/TMM sahəsində sertifikatlaşdırılmış milli ekspert statusu"nu təsdiq edən sertifikatlarla təltif olunublar.

PL/TMM sahəsində sertifikatlaşdırılmış milli ekspert statusunu əldə etmək istəyənlər üçün növbəti imtahan sessiyasının cari ilin sentyabr ayında keçirilməsi planlaşdırılır.

Elektron tədris ("e-Learning") portalı PL/TMM sahəsində peşəkar mütəxəssislərin hazırlanması işinin daha da təkmilləşdirilməsi üçün yaradılmış, PL/TMM sahəsində iştirak edən monitorinq subyektləri, aidiyyəti dövlət orqanları, habelə digər hüquqi və fiziki şəxslərin istifadəsi üçün nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti