...

Azərbaycan sahibkarları İranda investisiya imkanlarını öyrənirlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 İyul 2013 15:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 iyul /Trend, müxbir T.Cəfərov/

İranın Şərqi Azərbaycan vilayətindəki iqtisadi və ticarət imkanları azərbaycanlı investorları maraqlandırır və bu məqsədlə Azərbaycan nümayəndə heyəti Təbrizə səfər edib. Bunu şənbə günü Trend-ə İranın Azərbaycandakı səfiri Möhsün Pakayin deyib.

Pakayin bildirib ki, azərbaycanlı sahibkarlar iyulun 6-7-də Təbrizdə keçirilən İranda investisiya imkanlarına həsr olunmuş beynəlxalq konfransda iştirak edirlər.

Onun sözlərinə görə, Azərbaycan nümayəndə heyətinə, əsasən, tikinti materialları, mebel sənayesi, kafel və metlax istehsalı sahələrini əhatə edən şirkətlərin nümayəndələri daxildir.

Səfir deyib, ikitərəfli görüşlər çərçivəsində Azərbaycanda istehsal olunan mebellərin İran bazarına və İranda istehsal olunan kafel, metlax və tikinti materiallarının Azərbaycan bazarına çıxarılması imkanları müzakirə ediləcək.

M.Pakayin həmçinin əlavə edib ki, Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil və Gilan əyalətləri İranın şimalındakı qonşu ölkələrlə, xüsusilə Azərbaycanla iqtisadi əlaqələrin inkişafında böyük rol oynaya bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti