...

Azərbaycan valyuta bazarının həftəlik icmalı

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 İyul 2013 12:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 iyul /Trend, müxbir E.Əliyev/

Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi 0,0001 bənd (0,01 faiz) möhkəmlənib.

Trend-in məlumatına görə, ötən həftə orta məzənnə 0,78442 manat səviyyəsində müəyyən olunub.

ABŞ dollarına nisbətdə manatın rəsmi məzənnəsi

8 iyul

0,7844

15 iyul

0,7845

9 iyul

0,7844

16 iyul

0,7844

10 iyul

0,7844

17 iyul

0,7844

11 iyul

0,7844

18 iyul

0,7844

12 iyul

0,7845

19 iyul

0,7844

Həftə ərzində orta

0,78442

Həftə ərzində orta

0,78442

Həftənin yekununa əsasən, Bakı Banklararası Valyuta Birjasının alış-verişi nəticəsində müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə birja məzənnəsi dəyişməyib. Bununla da orta məzənnə 0,7835 manat səviyyəsində müəyyən olunub.

Həftə ərzində BEST-də həmin gün valyutalaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): iyulun 19-da 0,7835 AZN/USD məzənnə ilə $622 min; iyulun 15, 16, 17 və 18-də sövdələşmə olmayıb, buna görə də məzənnə 0,7835 AZN/USD səviyyəsində qalıb.

ABŞ dollarına nisbətdə manatın birja məzənnəsi

8 iyul

0,7834

15 iyul

0,7835

9 iyul

0,7834

16 iyul

0,7835

10 iyul

0,7834

17 iyul

0,7835

11 iyul

0,7834

18 iyul

0,7835

12 iyul

0,7833

19 iyul

0,7835

Həftə ərzində orta

0,78342

Həftə ərzində orta

0,7835

USD/AZN T+1 və T+2 alətləri üzrə tələbat olmadığından, dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. RUB/AZN aləti üzrə BEST-ə banklar tərəfindən sifarişlər təqdim olunmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti