...

Azərbaycan Dövlət Aqrar Universitetinin yeni rektoru kollektivə təqdim edilib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 İyul 2013 19:47 (UTC +04:00)
Bu gün Azərbaycan Dövlət Aqrar Universitetində təqdimat mərasimi keçirilmişdir. Mərasimdə iştirak edən kənd təsərrüfatı naziri İsmət Abasov ölkə Prezidentinin müvafiq sərəncamı ilə Azərbaycan Dövlət Aqrar Universitetinə rektor təyin edilmiş İbrahim Cəfərovu kollektivə təqdim etmişdir.
Azərbaycan Dövlət Aqrar Universitetinin yeni rektoru kollektivə təqdim edilib (FOTO)

Azərbaycan, Bakı, 26 iyul /Trend/

Bu gün Azərbaycan Dövlət Aqrar Universitetində təqdimat mərasimi keçirilmişdir. Mərasimdə iştirak edən kənd təsərrüfatı naziri İsmət Abasov ölkə Prezidentinin müvafiq sərəncamı ilə Azərbaycan Dövlət Aqrar Universitetinə rektor təyin edilmiş İbrahim Cəfərovu kollektivə təqdim etmişdir.

İ.Abasov kollektivi salamlayaraq, ölkə Prezidenti tərəfindən böyük etimad göstərilərək müvafiq sərəncamla İ.Cəfərovun rektor təyin edilməsi ilə əlaqədar ona bu şərəfli vəzifənin yerinə yetirilməsində uğurlar diləmiş və bu etimadın doğruldulmasında əminliyini bildirmişdir.

Nazir ölkə Prezidenti tərəfindən aqrar sahəyə göstərilən diqqət və qayğı sahəsində əldə olunmuş nailiyyətlər, uğurlar və qarşıda duran vəzifələr barədə geniş məlumat verdi. Nazir Aqrar Universitetin tarixində yeni səhifə açıldığını və universitetin ölkəmiz üçün önəmli bir təhsil ocağı olduğunu bildirmiş, ölkə rəhbərliyi tərəfindən ərzaq təhlükəsizliyi proqramının icrasında qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsində bu qocaman təhsil ocağının üzərinə düşən mühüm vəzifələri diqqətə çatdırdı. Ölkədə ərzaq təhlükəsizliyi proqramının yerinə yetirilməsində yüksək ixtisaslı kadr hazırlanmasının vacibliyini vurğuladı.

İ.Abasov aqrar kadrların hazırlanmasında Avropa universitetləri ilə beynəlxalq əlaqələrin genişlənməsinin vacibliyini diqqətə çatdırdı və yüksək ixtisaslı kadrların hazırlanması üçün tapşırıq və tövsiyələrini verdi.

Çıxış edən professor və müəllim heyəti bu təyinata görə cənab Prezident İlham Əliyevə öz minətdarlıqlarını bildirərək, üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirilməsində səylərini daha da gücləndirəcək və qarşıdan gələn Prezident seçkilərində cənab İlham Əliyevə yekdillikcə səs verəcəklərini vurğuladılar.

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin Başçısı Elmar Vəliyev cıxış etmişdir.

Yekunda nazir İ.Abasov cənab Prezident tərəfindən göstərilən bu etimadın yüksək səviyyədə həyata keçiriləcəyini, peşəkar ixtisaslı aqrar sahə kadrlarının hazırlanmasında, ərzaq təhlükəsizliyi proqramının icrasında bu təhsil müəssisəsinin də öz töhfələrini verəcəyinə əmin olduğunu söyləyərək kollektivə uğurlar dilədi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti