...

Azərbaycan İƏT ölkələrinin vahid “beyin mərkəzi”nin yaradılması ideyasını dəstəkləyir (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Sentyabr 2013 11:39 (UTC +04:00)
Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin vahid “beyin mərkəzi”nin yaradılması ideyasını dəstəkləyir.
Azərbaycan İƏT ölkələrinin vahid “beyin mərkəzi”nin yaradılması ideyasını dəstəkləyir (FOTO)

Azərbaycan, Bakı, 5 sentyabr /Trend, müxbir A.Axundov/

Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələrin vahid "beyin mərkəzi"nin yaradılması ideyasını dəstəkləyir. Trend-in məlumatına görə, bu barədə iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova cümə axşamı keçirilən İqtisadi Beyin Mərkəzlərinin I Bakı Forumunda çıxışı zamanı bildirib.

Nazir müavini təşkilat çərçivəsində "beyin mərkəzləri" arasında əməkdaşlığın genişlənməsinin, birgə elmi araşdırma işlərinin aparılmasının aktuallığını vurğulayıb: "Azərbaycan vahid "beyin mərkəzi" ideyasını dəstəkləyir. Biz bu prosesdə dövlətin köməkliyini göstərməyə hazırdır"
Onun sözlərinə görə, Azərbaycan regiondaxili əmtəə dövriyyəsinin möhkəmləndirilməsi və artırılması məqsədilə İƏT çərçivəsində 10 saziş imzalayıb.

Forumda İƏT ölkələrindən olan "beyin mərkəzlər"inin rəhbərləri, ekspertlər və elm xadimləri iştirak edirlər. Cümə axşamı forumla yanaşı, o cümlədən "Energetika, regional inteqrasiya və sosial-iqtisadi inkişaf" mövzusunda I Beynəlxalq konfrans keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti