...

Azərbaycan regionun nəqliyyat-logistika mərkəzinə çevrilməsi yolundadır

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Sentyabr 2013 14:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 sentyabr /Trend, müxbir E.İsmayılov/

Azərbaycanda nəqliyyat infrastrukturunun inkişafı tranzit daşımalarının həcminin artması və ölkənin regional nəqliyyat-logistika mərkəzinə çevrilməsi ilə nəticələnəcək. Bu barədə Trend-ə açıqlamasında TRACECA (Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi) üzrə hökumətlərarası komissiyanın milli katibi Akif Mustafayev bildirib.

Onun sözlərinə görə, Ələt qəsəbəsində yeni beynəlxalq dəniz ticarət limanının tikintisi, dəmiryolu infrastrukturunun müasirləşdirilməsi, yol-nəqliyyat infrastrukturunun inkişafı və müasirləşdirilməsi, hava nəqliyyatının inkişafı daxil olmaqla böyük nəqliyyat layihələrinin reallaşdırılması Azərbaycanın regionunun nəqliyyat mərkəzi olmasında əhəmiyyətli rol oynayacaq.

O hesab edir ki, nəqliyyat sektorunun müasirləşdirilməsi ilə Azərbaycanın tranzit potensialının inkişafı daşımalardan daxil olan gəlirlərin artmasına, ticarətin inkişafına, ölkəyə gələn turist axınlarının sayının artmasına şərait yaradacaq, o cümlədən bizim ölkəmizi dünyada daha çox tanıdacaq.

Mustafayev vurğulayıb: "Buna görə də nəqliyyat sektorunu ölkənin qan damar sistemi adlandırırlar".

Onun sözlərinə görə, respublikanın tranzit potensialının inkişafında və regionun ən böyük nəqliyyat mərkəzi kimi mövqeyinin möhkəmlənməsində TRACECA dəhlizinin potensialından istifadə əhəmiyyətli rol oynayır. Çünki bu dəhliz Avropa və Asiya arasında ən mərkəzi və qısa yoldur.

Azərbaycan tərəfindən Bakı-Tbilisi-Qars dəmiryolu və yeni dəniz limanının tikintisi layihələrinin həyata keçirilməsi Avropa-Asiya marşrutu üzrə yükdaşımalarının həcminin artırılmasına imkan yaradacaq və TRACECA dəhlizini artıracaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti