...

İsmət Abasov: 2003-cü ildən Azərbaycanın ərzaq təhlükəsizliyi əhəmiyyətli dərəcədə güclənib

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Sentyabr 2013 16:46 (UTC +04:00)
2003-2012-ci illər ərzində dövlət başçısının diqqət və qayğısı sayəsində ərzaq təhlükəsizliyinin gücləndirilməsində xeyli uğurlar əldə edilib.
İsmət Abasov: 2003-cü ildən Azərbaycanın ərzaq təhlükəsizliyi əhəmiyyətli dərəcədə güclənib

Azərbaycan, Bakı, 23 sentyabr /Trend, müxbir E.Əliyev/

2003-2012-ci illər ərzində dövlət başçısının diqqət və qayğısı sayəsində ərzaq təhlükəsizliyinin gücləndirilməsində xeyli uğurlar əldə edilib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi kənd təsərrüfatı naziri İsmət Abasovun "Respublika" qəzetində dərc olunan son 10 il ərzində ölkənin aqrar sektorununun inkişaf dinamikasına aid məqaləsində bildirilir.

Nazir qeyd edib ki, bu baxımdan "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" müstəsna rol oynayır:

"Onun uğurla icra edilməsi nəticəsində əsas ərzaq məhsullarının istehsalında müsbət nəticələr eldə edilib. Məsələn, 2003-cü ildə adambaşına 246 kiloqram taxıl (təmizlənmədən sonrakı çəkidə) düşürdüsə, ötən ilin yekununda bu göstərici 292 kiloqram təşkil edib. Göstərilən dövrdə adambaşına kartof istehsalı 94 kiloqramdan 1104 kiloqrama, tərəvəz 128 kiloqramdan 130 kiloqrama, bostan bitkiləri 44 kiloqramdan 46 kiloqrama, şəkər çuğunduru (sənaye emalı üçün) 16 kiloqramdan 19 kiloqrama, meyvə və giləmeyvə 70 kiloqramdan 87 kiloqrama, ət 23 kiloqramdan 30,5 kiloqrama, süd 143 kiloqramdan 183,8 kiloqrama, yumurta 83 ədəddən 131,1 ədədə yüksəlib".

İ.Abasovun sözlərinə görə, həmin dövrdə adambaşına düşən qida məhsulları istehsalı da artıb: "2003-cü ildə adambaşına 29 kq ət və ət məhsulları (ətə çevirməklə) istehlak edilirdisə, 2012-ci ildə bu rəqəm 33,5 kq-a, süd və süd məhsulları (südə çevirməklə) 271,1 kiloqramdan 294,4 kiloqrama, yumurta 123 ədəddən 317 ədədə, meyvə və giləmeyvə 61 kiloqramdan 74,6 kiloqrama, bitki yağları 8,3 kiloqramdan 9,9 kiloqrama, qənd və qənnadı məmulatları isə 30,7 kiloqramdan 31,7 kiloqrama çatıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti