...

Maliyyə Nazirliyi: Azərbaycanın sığorta bazarında "RESO" şirkəti fəaliyyət göstərmir

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Sentyabr 2013 17:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 sentyabr /Trend, müxbir A.Axundov/

Maliyyə Nazirliyi bir sıra KİV-də Azərbaycanın sığorta bazarında ortaqlarından biri erməni mənşəli Rusiya vətəndaşı olan Serqey Sarkisova aid "RESO" sığorta şirkətinin fəaliyyət göstərməsinə dair yayılan məlumatları təkzib edib.

Çərşənbə günü nazirlikdən Trend-ə daxil olan məlumatda bildirilir ki, hazırda Azərbaycan Respublikasında "RESO" adlı nə sığorta, nə də təkrar sığorta şirkəti, həmin şirkətin hər hansı törəmə şirkəti və ya nümayəndəliyi fəaliyyət göstərmir. Bu şirkətin adı, həmçinin Azərbaycan sığortaçıları ilə təkrar sığorta əməliyyatları aparmağa icazəsi olan xarici təkrarsığortaçıların sıyahısında da yoxdur.

Eyni zamanda bildiririk ki, jurnalist "araşdırması" kimi təqdim olunan sözügedən məqalə əslində sensasiya naminə yayılmış, obyektiv reallığa əsaslanmayan və müəllifin qərəzli mövqeyini əks etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti