Azərbaycan, Bakı, 26 sentyabr /Trend, müxbir A.Axundov/
Bakı Fond Birjası (BFB) "Xalq Kapital" MMC-nin üzvlüyünü bərpa edib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı BFB-nin yaydığı xəbərdə deyilir.
Birja bu qərarı "Xalq Kapital" MMC-nin müraciətindən sonra qəbul edib. Hazırda BFB-nin "Xalq Kapital" MMC daxil olmaqla 13 aktiv üzvü var.
Xatırladaq ki, "Xalq Kapital" MMC Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən verilmiş diler və broker fəaliyyəti ilə məşğul olmaq üçün müvafiq lisenziyalara malikdir.