...

“AtaSığorta” ASC yeni “Avtodost” kasko sığortasını təqdim edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Oktyabr 2013 09:30 (UTC +04:00)
Kasko sığorta məhsulu olan “Avtodost” özündə bir çox üstünlükləri birləşdirir.
“AtaSığorta” ASC yeni “Avtodost” kasko sığortasını təqdim edir

Azərbaycan, Bakı, 1 oktyabr /Trend/

Hər zaman müştərilərinə yeni sığorta məhsulları hazırlayan AtaSığorta yeni "Avtodost" məhsulunu təqdim edir. Bu barədə çərşənbə axşamı Trend-ə şirkətdən daxil olan məlumatda deyilir.

Kasko sığorta məhsulu olan "Avtodost" özündə bir çox üstünlükləri birləşdirir. "Avtodost" məhsulunun yaradılmasında məqsəd insanların avtomobillərinə olan qayğılarını minimuma endirmək, onların vaxtına qənaət etmək və rahat həyat keçirmələrinə yardımçı olmaqdır.

"Avtodost" məhsulunu əldə edənlərin hər birinə avtomobil üçün videoqeydiyyat cihazı dərhal hədiyyə edilir. Bundan əlavə "Avtodost" məhsulu sahibləri bir il ərzində evakuasiya, alternativ avtomobil və yolda təmir xidmətlərindən də əlavə heç bir ödəniş etmədən istifadə edə biləcəklər. Həmçinin, müştərilərə ildə 1 dəfə pulsuz check-up (texniki müayinə) etdirmə imkanı, təklif olunan servislərdə təmir zamanı 10 %-dək endirim və onlayn məsləhət xidmətləri də təklif olunur.
Avtodost haqqında əlavə məlumat üçün (012) 936-a zəng etmək, yaxud www.atasigorta.az/avtodost saytına, www.facebook.com/AtaSigortaASC səhifəsinə daxil olmaq olar.

"AtaHolding" Şirkətlər Qrupuna daxil olan AtaSığorta 2004-cü ildən sığorta bazarında fəaliyyət göstərir. Şirkət 22 könüllü və 4 icbari sığorta növü üzrə müştərilərinə xidmət göstərir. İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. "AtaSığorta" ASC-nin xidmət şəbəkəsinə 4 filial və 4 nümayəndəlik daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti