...

İsmət Abasov: Azərbaycanın kənd təsərrüfatı məhsullarının Aİ-yə ixracını asanlaşdırmaq üçün ikitərəfli sazişlərin imzalanması zəruridir

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Oktyabr 2013 18:11 (UTC +04:00)
Bu gün kənd təsərrüfatı naziri İsmət Abasov Niderland Krallığının Azərbaycana yeni təyin olunmuş səfiri Robbert Qabriyelseni qəbul edib.
İsmət Abasov: Azərbaycanın kənd təsərrüfatı məhsullarının Aİ-yə ixracını asanlaşdırmaq üçün ikitərəfli sazişlərin imzalanması zəruridir

Azərbaycan, Bakı, 2 oktyabr /Trend/

Bu gün kənd təsərrüfatı naziri İsmət Abasov Niderland Krallığının Azərbaycana yeni təyin olunmuş səfiri Robbert Qabriyelseni qəbul edib.

Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə İ.Abasov Azərbaycan və Niderlandın kənd təsərrüfatı sahəsində geniş potensiala malik olduğunu qeyd edib, bu potensialın reallaşdırılması və kənd təsərrüfatı məhsullarının ticarət dövriyyəsinin daha da artırılması üçün əməkdaşlığın gücləndirilməsinin vacib olduğunu bildirib. Nazir Azərbaycanın kənd təsərrüfatı məhsullarının, heyvan və bitki mənşəli məhsullarının Avropa İttifaqı (Aİ), o cümlədən Niderlanda ixracının asanlaşdırılması məqsədilə müvafiq olaraq baytarlıq və fitosanitariya sahələrində ikitərəfli sazişlərin imzalanmasının zəruri olduğunu qeyd edib.

Daha sonra İ.Abasov Azərbaycanda aqrar sahənin ümumi inkişaf konsepsiyası, bu sahədə baş verən müsbət artım dinamikası, dövlət başçısı İlham Əliyev tərəfindən bu sahənin inkişafına verilən dəstək barədə qarşı tərəfə ətraflı məlumat verib. Nazir son 10 ildə həyata keçirilmiş radikal iqtisadi islahatlar nəticəcəsində Azərbaycanda yoxsulluqla mübarizə sahəsində əldə edilmiş uğurlar sayəsində regionlarda yaşayan insanların və kənd əhalisinin rifah halının yaxşılaşdığını səfirin diqqətinə çatdırıb.

Görüşdə, həmçinin Dövlət Aqrar Universitetinin magistr, doktorant və müəllim heyətinin Niderlandın aqrar yönümlü təhsil alması imkanları, ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı, sertifikatlı toxumçuluğun və tingçiliyin təşkili sahəsində birgə texniki yardım layihələrinin həyata keçirilməsi məsələləri müzakirə edilib.

Səfir R.Qabrielsen Azərbaycanın regionda artan rolunun və iqtisadi tərəqqisinin təqdirəlayiq olduğunu, həmçinin hər iki ölkənin kənd təsərrüfatı sahəsində böyük potensiala və ənənəyə malik olduğunu, bu potensialın hərtərəfli şəkildə reallaşdırılması məqsədilə mövcud imkanların daha yaxından araşdırılmasının vacibliyini qeyd edib və fəaliyyəti dövründə ikitərəfli əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsində öz səylərini əsirgəməyəcəyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti