...

BVF bu il Azərbaycanda ÜDM-in artımını 3,5 faiz səviyyəsində proqnozlaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Oktyabr 2013 18:08 (UTC +04:00)
Beynəlxalq Valyuta Fondu (BVF) 2013-cü ilin nəticələri üzrə Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) real atımını 3,5 faiz səviyyəsində proqnozlaşdırır.
BVF bu il Azərbaycanda ÜDM-in artımını 3,5 faiz səviyyəsində proqnozlaşdırır

Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir E.Əliyev/

Beynəlxalq Valyuta Fondu (BVF) 2013-cü ilin nəticələri üzrə Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) real atımını 3,5 faiz səviyyəsində proqnozlaşdırır. Trend-in məlumatına görə, bu barədə BVF-nin oktyabr ayı üzrə "Word Economic Outlook" proqnozunda deyilir.

Hesabata əsasən, gələn il ölkə ÜDM-nin artım tempi 5,6 faizədək artacaq.

Sənəddə deyilir: "Azərbaycan və Türkmənistan hökumətləri inflyasiyanı cari səviyyədə saxlamaq üçün fiskal stimullaşdırmadan imtina etməli, həmçinin dövlət xərclərinin effektivliyini möhkəmləndirməyi davam etdirməlidir".

Proqnozlara əsasən, 2013-2014-cü illərdə Azərbaycanda işsizlik ötən il olduğu kimi 6 faiz səviyyəsində qalacaq.

BVF-nin gözləntilərinə görə, ümumilikdə MDB ölkələrində ÜDM-in artım tempi ötən ildəki 3,5 faizdən cari ilin sonuna 2 faizədək azalıb. 2014-cü ildə regionun ÜDM artımı 3,5 faiz səviyyəsində proqnozlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti