...

Binə Ticarət Mərkəzində baş vermiş yanğın zamanı zərərçəkənlərə güzəştlər tətbiq edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Yanvar 2014 11:18 (UTC +04:00)
Ötən ilin dekabr ayının 25-də Binə Ticarət Mərkəzində baş vermiş yanğın zamanı “FINCA Azerbaijan” Qeyri-bank Kredit Təşkilatının 9 nəfər müştərisinə məxsus ticarət obyektlərinə zərər dəymişdi.
Binə Ticarət Mərkəzində baş vermiş yanğın zamanı zərərçəkənlərə güzəştlər tətbiq edilib

Azərbaycan, Bakı, 20 yanvar /Trend /

Ötən ilin dekabr ayının 25-də Binə Ticarət Mərkəzində baş vermiş yanğın zamanı "FINCA Azerbaijan" Qeyri-bank Kredit Təşkilatının 9 nəfər müştərisinə məxsus ticarət obyektlərinə zərər dəymişdi.

"FINCA Azerbaijan"ın yaydığı məlumatda deyilri ki, həmin müştərilərin kreditlər üzrə ödənilməmiş ümumi qalıq borc məbləğinin 78 min ABŞ dollarından çox olmasını nəzərə alan "FINCA Azerbaijan" onlara müəyyən güzəştlərin tətbiq edilməsini qərara alıb. Belə ki, həmin müştərilərə kredit borcları üzrə cərimə hesablanmadan ödəniş üçün 3 aylıq möhlət müddəti verilmişdir. Bununla yanaşı müştərilərin biznes vəziyyətinə baxış keçirildikdən sonra kredit borclarının qaytarılması üzrə yeni təkliflər veriləcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti