...

AYİB 2014-cü ildə Azərbaycan üçün iqtisadi artım proqnozunu 3,5 faiz səviyyəsində saxlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Yanvar 2014 15:37 (UTC +04:00)
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2014-cü ildə Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) artım sürəti üzrə proqnozu dəyişməyib və onu 3,5 faiz səviyyəsində saxlayıb.
AYİB 2014-cü ildə Azərbaycan üçün iqtisadi artım proqnozunu 3,5 faiz səviyyəsində saxlayıb

Azərbaycan, Bakı, 21 yanvar /Trend, müxbir A.Axundov/

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2014-cü ildə Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) artım sürəti üzrə proqnozu dəyişməyib və onu 3,5 faiz səviyyəsində saxlayıb.

Trend-in məlumatına görə, bu barədə bankın çərşənbə günü yayılmış "AYİB-in əməliyyat apardığı ölkələrdə regional iqtisadi perspektivlər" adlı hesabatında deyilir. Sonuncu hesabat ötən ilin oktyabrında dərc edilmişdi.

2013-cü ildə Azərbaycan ÜDM-in real artımı 5,8 faiz, qeyri-neft sektoru ÜDM-in artımı isə 9,8 faiz olub. Ötən ilin yekunları üzrə ölkənin ÜDM-i 57 milyard manatadək artıb.

Hesabatda deyilir: "Azərbaycan iqtisadiyyatının artımı 2013-cü ildə sürətlənib ki, bu da seçkiqabağı maliyyə və pul-kredit stimullarından irəli gəlib. 2013-cü ildə neft hasilatı iki illik azalmadan sonra sabitləşdirilib, halbuki dövlət xərclərinin artırılması və kredit vermənin genişləndirilməsi sayəsində qeyri-neft sektoru, demək olar ki, ikirəqəmli templərlə artıb. 2014-cü ildə qeyri-neft birləşdirilmiş büdcə kəsirinin ixtisarı yolu ilə stimullaşdırmanın saxlanmasına dair hökumətin planları potensial olaraq bu il iqtisadiyyatın 3-4 faiz civarında artımına gətirib çıxara bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti