...

Azərbaycanda vergiödəyicilər öz risk dərəcələrini özləri müəyyən edə biləcəklər

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Fevral 2014 13:29 (UTC +04:00)
Azərbaycanın Vergilər Nazirliyi bu günədək 613 vergiödəyici ilə tərəfdaşlıq sazişi imzalayıb.
Azərbaycanda vergiödəyicilər öz risk dərəcələrini özləri müəyyən edə biləcəklər

Azərbaycan, Bakı, 6 fevral /Trend, müxbir A.Axundov/

Azərbaycanın Vergilər Nazirliyi bu günədək 613 vergiödəyici ilə tərəfdaşlıq sazişi imzalayıb. Trend-in məlumatına görə, bunu nazirliyin İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı Baş İdarəsinin rəisi İlkin Vəliyev "Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər" III Vergi Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu günədək nazirliyə 791 müraciət daxil olub. Daxil olan müraciətlərin ümumi sayından 115-i qəbul edilməyib.

Tərəfdaşlıq müqavilələrinin bağlanması istənilən vergi ödəyicisinin könüllü hüququdur. Lakin vergi orqanları müəyyən hallarda qaydalar əsasında onları bağlamaqdan imtina edə bilərlər. İmtinaya səbəb aşağıdakılar ola bilər: vergi ödəyənin dövlət büdcəsi qarşısında öhdəçiliyinin olması, vergi ödəyənin fəaliyyəti ilə bağlı nəzarət ölçüləri üzrə yekun qərarın olmaması, eləcə də vergi qoymaya aid olan gəlirlərin və ya obyektin vergi ödəyən tərəfindən gizlədilməsi haqqında təsdiqlənmiş informasiya.

Belə müqavilələrin ölkənin Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş qaydalara əsasən, nağdsız üsullarla alqı-satqı əməliyyatını həyata keçirən şəxslər, mühasibat uçotunun aparılması zamanı sertifikatlaşdırılmış proqram təminatından istifadə edən şəxslər, ƏDV ödəyiciləri, eləcə də kredit və sığorta təşkilatları, vergi ili ərzində yaranan öhdəlikləri vaxtında və tam yerinə yetirən şəxslər üstünlük əldə edəcəklər.

Tərəfdaşlqı müqavilələrinin imzalanması prosesi 2013-cü ildən başlayıb.

Vəliyevin sözlərinə görə, yaxın vaxtlarda nazirlik vergiödəyicilərə onların etibarlı və ya riskli vergi ödəyicisi olduqlarını özlərinin müəyyən etmələrinə imkan verən layihəni işə salmağı planlaşdırır.

Nazirlik vergi ödəyənləri 11 risk qrupu üzrə təsnifləşdirir və bu sistem onların hansı qrupa aid olduqlarını müəyyən etməyə imkan verir. Sistemdən nazirliyin saytında istifadə etmək mümkün olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti