...

Fazil Məmmədov: Azərbaycanda qanunsuz sahibkarlıq fəaliyyəti əhəmiyyətli dərəcədə azalıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Fevral 2014 14:27 (UTC +04:00)
Nazir vurğulayıb ki, bütün bu hallar kiçik sahibkarlıqla bağlıdır.
Fazil Məmmədov: Azərbaycanda qanunsuz sahibkarlıq fəaliyyəti əhəmiyyətli dərəcədə azalıb

Azərbaycan, Bakı, 7 fevral /Trend, müxbirlər E. Əliyev, A.Axundov/

Azərbaycanda qanunsuz sahibkarlıq fəaliyyəti əhəmiyyətli dərəcədə azalıb. Trend-in məlumatına görə, bu barədə vergilər naziri Fazil Məmmədov Bakıda "Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər" mövzusunda keçirilən III Vergi Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Nazirliyin Vergi cinayətləri departamenti əvvəllər bununla bağlı yüzlərlə işə baxdığı halda, son illər belə işlərin sayı orta hesabla sayı 10-dək azalıb: "Nazirlik ötən il vergi orqanlarında qeydiyyatdan keçmədən sahibkarlıq fəaliyyətinə başlama üzrə 9 min fakt aşkarlayıb".

Nazir vurğulayıb ki, bütün bu hallar kiçik sahibkarlıqla bağlıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti