...

Dövlət Gömrük Komitəsi: 2014-cü ildə Azərbaycanda əmtəə dövriyyəsinin dinamikası ötən ilki səviyyədə qalacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Aprel 2014 14:30 (UTC +04:00)
2014-cü ildə Azərbaycanda əmtəə dövriyyəsinin dinamikası ötən ilki səviyyədə qalacaq. Trend-in məlumatına gröə, bu barədə cümə günü jurnalistlərə DGK-nin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin rəisi, general-mayor Mirqasım Vahabov deyib.
Dövlət Gömrük Komitəsi: 2014-cü ildə Azərbaycanda əmtəə dövriyyəsinin dinamikası ötən ilki səviyyədə qalacaq

Azərbaycan, Bakı, 25 aprel /Trend, müxbir E.Əliyev/

2014-cü ildə Azərbaycanda əmtəə dövriyyəsinin dinamikası ötən ilki səviyyədə qalacaq. Trend-in məlumatına gröə, bu barədə cümə günü jurnalistlərə DGK-nin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin rəisi, general-mayor Mirqasım Vahabov deyib.

M.Vahabov bildirib: "Bəli, birinci rübün yekunları üzrə bəzi azalmalar müşahidə olunur, amma irəlidə hələ çox vaxt var, il yenicə başlayıb və bu statistika kifayət qədər tam deyil. Əminəm ki, ilin sonunadək əmtəə dövriyyəsinin dinamikası dirçələcək və biz ötən iin göstəricilərinə çıxacağıq".

Birinci rübdə 5,38 milyard dollar məbləğində ixrac əməliyyatları həyata keçirilib ki, bu da 2013-cü ilin eyni dövrü ilə müqayisədə 15,26 faiz azdır.

Yanvar-mart aylarının yekunları üzrə idxal 1,76 milyard dollar təşkil edib. Ötən ilin eyni dövründə bu rəqəm 20,23 faiz azdır.

Bu dövrdə Azərbaycandan 1093 növdə məhsul ixrac edilib, 4372 növdə isə mal idxal edilib.

Vahabovun sözlərinə görə, bu il aprelin 1-dən başlayaraq avtomobillərə "Avro-4" ekoloji standartının tətbiqi idxalın dinamikasına böyük təsir göstərməyəcək: "Ölkəyə avtomobil idxalının necə dəyişəcəyindən danışmaq hələ tezdir, yeni standartın tətbiqinə bir aydan az müddətdə başlanılıb. Lakin düşünürəm ki, bu təsir cüzi olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti