...

Vahid Əhmədov: Azərbaycanda dövlət maliyyə nəzarəti haqqında qanun qəbul etmək lazımdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 May 2014 16:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 may /Trend, müxbir E.İsmayılov/

Azərbaycanda büdcə vəsaitlərinin qeyri-rasional istifadəsi faktlarının və çatışmazlıqların aradan qaldırılması üçün "Dövlət maliyyə nəzarəti haqqında" qanun qəbul etmək lazımdır. Trend-in məlumatına görə, bunu bazar ertəsi Milli Məclisin deputatı Vahid Əhmədov parlamentin İqtisadi siyasət komitəsinin iclasında "Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, aparılan araşdırmalar və hesablamalar büdcə vəsaitlərinin xərclənməsi zamanı ciddi pozuntuların mövcudluğunu təsdiq edir: "Qanunun mövcudluğu irimiqyaslı layihələrin maliyyələşdirilməsi çərçivəsində dövlət büdcəsi vəsaitlərinin xərclənməsinə nəzarəti təmin etməyə imkan verəcək".

Deputat, həmçinin dövlət büdcəsindən maliyyələşdirmənin aşkarlığında yubanmaların aradan qaldırılmasının zəruriliyini vurğulayıb ki, bu da layihələrin vaxtında reallaşdırılması üçün vacibdir: "Dövlət büdcəsi vəsaitləri ilin əvvəlindən əlçatan olmalıdır".

Komitə "Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinin icrası haqqında" və "Akkreditasiya haqqında" (üçüncü oxunuşda) qanun layihələrini, "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" və Dövlət rüsumu haqqında" qanunlarda dəyişiklikləri, "Körpələr evlərinə, körpələr evi-uşaq bağçalarına, uşaq bağçalarına, xüsusi uşaq bağçalarına və uşaq evlərinə müddətli vergi güzəştlərinin verilməsi haqqında" və "Kənd təsərrüfatı istehsalçılarına müddətli vergi güzəştlərinin verilməsi haqqında" qanunların ləğv edilməsi barədə qanun layihələrini parlamentin plenar iclasının gündəliyində baxılması üçün tövsiyə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti