...

Azərbaycanda ötən ay deflyasiya qeydə alınıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 İyun 2014 17:10 (UTC +04:00)
2014-cü ilin may ayında Azərbaycanda ərzaq məhsullarının qiymətləri 1,9 faiz ucuzlaşıb, qeyri-ərzaq mallarının və əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri əvvəlki ayla eyni səviyyədə qalıb.
Azərbaycanda ötən ay deflyasiya qeydə alınıb

Azərbaycan, Bakı, 6 iyun /Trend/

2014-cü ilin may ayında Azərbaycanda ərzaq məhsullarının qiymətləri 1,9 faiz ucuzlaşıb, qeyri-ərzaq mallarının və əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri əvvəlki ayla eyni səviyyədə qalıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 0,8 faiz ucuzlaşıb.

Ay ərzində buğda unu, qarabaşaq yarması, mal və toyuq əti, balıq və balıq məhsulları, pasterizə olunmamış üzlü süd, qatıq, şor, yumurta, banan, alça, çiyələk, kələm, göyərti, xiyar, pomidor, şirin bibar, badımcan, göy lobya, soğan, sarımsaq, kartof, qurudulmuş üzüm, qurudulmuş xurma və şəkər tozunun qiymətlərində ucuzlaşma, düyü, makaron və vermişel, kərə yağı, zeytun yağı, limon, alma, armud, şabalıd, çuğundur və kökün qiymətlərində isə bahalaşma müşahidə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti