...

Qəbələdə Azərbaycan və Rusiya regionlarının əməkdaşlığı müzakirə edilir (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 İyun 2014 12:07 (UTC +04:00)
Qəbələdə "Regionlararası əməkdaşlıq: İnkişafın yeni imkanları" V Azərbaycan-Rusiya Regionlararası Forumu öz işinə başlayıb.
Qəbələdə Azərbaycan və Rusiya regionlarının əməkdaşlığı müzakirə edilir (FOTO)

Azərbaycan, Qəbələ, 23 iyun /Trend, müxbir Zülfiyyə Qurbanova/

Qəbələdə "Regionlararası əməkdaşlıq: İnkişafın yeni imkanları" V Azərbaycan-Rusiya Regionlararası Forumu öz işinə başlayıb.

Trend-in məlumatına görə, forum iştirakçıları əvvəlcə Qəbələdə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə əklil və güllər qoyublar.

Daha sonra nümayəndələr Azərbaycan və Rusiyanın nailiyyətlərini əks etdirən sərgi-ekspozisiya ilə tanış olublar.

Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin çıxışında qeyd etdiyi kimi, bu forum mehriban qonşuluq və dostluq prinsiplərinə əsaslanan iki ölkə arasında uğurlu əməkdaşlığın nümunəsidir.

Onun sözlərinə görə, ölkələr arasında ticarət dövriyyəsi 2,6 milyard dollar təşkil edir. Son 10 ildə Rusiyada Azərbaycan investisiyaları 1 milyard dollar olub. Azərbaycan RF-nin 15 subyekti ilə sənədlər imzalayıb. Ş.Mustafayev ticarət dövriyyəsinin həcminin artırılması imkanlarını qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi müxtəlif iqtisadi layihələrin tam həcmdə həyata keçirilməsinə imkan vermir.

Rusiyanın regional inkişaf naziri İqor Slyunyayev bildirib ki, Azərbaycanda belə forumların keçirilməsi ənənəsinin əsası beş il əvvəl ölkə rəhbərləri tərəfindən qoyulub.

Nazirin sözlərinə görə, Azərbaycan və Rusiya bu gün energetika, bank işi, nəqliyyat, sənaye və digər sahələrdə uğurla əməkdaşlıq edir.

Forumda Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Prezident İlham Əliyevin forum iştirakçılarına təbrik məktubunu oxuyub. RF Prezidenti Administrasiyasının Regionlararası və xarici ölkələrlə mədəni əlaqələr üzrə rəisi Vladimir Çernov isə Rusiya Prezidenti Vladimir Putinin forum iş.tirakçılarına təbrik məktubunu oxuyub.

Forumda birgə sənədlərin imzalanacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti