...

"AccessBank" Qara Dəniz Ticarət və İnkişaf Bankı ilə kredit müqaviləsi imzalayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 İyun 2014 19:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 iyun /Trend/

"AccessBank" Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) ilə 15 milyon ABŞ dolları məbləğində kredit müqaviləsi imzalayıb.

Bankdan Trend-ə verilən məlumata görə, cəlb olunan maliyyə vəsaitləri Azərbaycanda sənaye, kənd təsərrüfatı və istehsal sahələrində kiçik və orta bizneslə məşğul olan sahibkarların (KOB) məhsullarının və xidmətlərinin müasirləşdirilməsi, həmçinin artırılması və diversifikasiyası üzrə layihələrin maliyyələşdirilməsinə və onların işçi kapitala olan tələbatınn ödənilməsinə yönəldiləcək.

AccessBank-ın baş meneceri Mixael Xoffmann sazişin imzalanmasını şərh edərək deyib: "Uzunmüddətli tərəfdaşımız olan QDTİB-nin bu dəstəyini yüksək qiymətləndiririk. Ayrılan vəsaitlər bankın KOB müştərilərinin kreditləşməsinə yönəldiləcək, bu isə, öz növbəsində, Azərbaycanda regional iqtisadiyyatın inkişafına kömək edəcək".

QDTİB-nın Sofiyada keçirilən İllik Yığıncağı zamanı təşkil olunan imzalanma məsarimində bankın prezidenti Andrey Kondakov deyib: "AccessВank-la inkişaf etmiş əməkdaşlıq qeyri-neft sektorunda biznesin inkişafının dəstəklənməsi və investisiyalar vasitəsilə iqtisadiyyatın artımına və diversifikasiyası məqsədi ilə QDTİB-nin strategiyasının Azərbaycanda tətbiq olunmasına kömək edir".

QDTİB AYİB, BMK və digər beynəlxalq investorlarla birgə AccessВank-ın səhmdar təsisçilərindən biridir. Yeni kredit QDTİB və "AccessBank" arasında 2005-ci ildə yaranmış uğurlu əməkdaşlığa əsaslanır. KOB sektorunu dəstəkləmək məqsədi ilə QDTİB tərəfindən AccessBank üçün yeni kredit xəttinin açılması ilə ümumi maliyyələşdirmə məbləği 37 milyon ABŞ dollarına çatıb.

Qara Dəniz Ticarət və İnkişaf Bankı kreditlərin verilməsi və kredit xətlərinin açılması, eləcə də üzv ölkələrin dövlət və özəl sektorlarında ticarətin maliyyələşdirilməsi və layihələrin həyata keçirilməsi üçün kapital və zəmanətlərin verilməsi yolu ilə iqtisadi inkifaşı və regional əməkdaşlığı dəstəkləyən beynəlxalq maliyyə təşkilatıdır. Bankın nizamnamə kapitalı 3.45 milyard avro təşkil edir. QDTİB "Standard and Poor's" agentliyi tərəfindən uzunmüddətli "A-" reytinqinə və "Moody's" agentliyi tərəfindən "A2" reytinqinə layiq görülüb.

"AccessBank" 2002-ci ildə Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidən Qurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, KfW, "LFS Financial Systems GmbH" adlı Alman konsaltinq şirkəti və "AccessHoldinq" tərəfindən yaradılıb. "AccessBank" mikro, kiçik və orta ölçülü bisneslərin maliyyələşdirilməsi ilə məşğuldur. Azərbaycanda geniş filial şəbəkəsinə malik olan bankda 2000-dən artıq əməkdaş çalışır. "FitchRatings" agentliyi AccessBank-ı Azərbaycan bankları arasında ən yüksək kredit reytinqi hesab edilən "BB+" dərəcəsi ilə qiymətləndirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti