...

VTB (Azərbaycan) girovlu istehlak kreditlərinin müddətini artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 İyun 2014 12:36 (UTC +04:00)
Bank VTB (Azərbaycan) sərfəli faiz dərəcəsi ilə qaytarılma müddəti 60 ayadək olan girovlu istehlak kreditləri təklif edir.
VTB (Azərbaycan) girovlu istehlak kreditlərinin müddətini artırır

Azərbaycan, Bakı, 25 iyun /Trend/

Bank VTB (Azərbaycan) sərfəli faiz dərəcəsi ilə qaytarılma müddəti 60 ayadək olan girovlu istehlak kreditləri təklif edir.

Beləliklə, istənilən şəxs şəxsiyyəti təsdiq edən sənəd təqdim etməklə 6 aydan 60 ayadək müddətə illik faiz dərəcəsi 22%-dən başlayan kredit ala bilər. Kreditin minimal məbləği 3000 manat, maksimal məbləği isə 50 000 manat təşkil edir.

Ban VTB (Azərbaycan) ASC-nin Pərakəndə biznes idarəsi rəisinin vəzifələrini icra edən Pərviz Qurbanov: "Bu təyinatlı istehlak kreditidir. Məhsulun yeni şərtləri müştərilərimizə borcun tətbiqi üçün geniş imkanlar açır. Qeyd edim ki, kreditin qaytarılma müddəti 36 aydan 60 aya qədər uzadılıb ki, bu da məhsulumuzu rentabelli və rəqabətədavamlı edir", deyə qeyd etdi.

Bank VTB (Azərbaycan) ASC Bank VTB ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları Bank VTB ASC və "AtaHolding" ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznes, kiçik biznes və fərdi müştərilərə xidmətlər göstərir. Bu gün Bank 6 filial və Baş ofisdə yerləşən Müştəri xidmətləri idarəsi ilə təmsil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti