...

Azərbaycanda qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının siyahısı genişlənir

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 İyul 2014 10:21 (UTC +04:00)
Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "AzFinance Asset Management" MMC-yə beş il müddətinə aktivlərin idarə edilməsi üzrə fəaliyyət göstərməklə bağlı yeni xüsusi icazə verib.
Azərbaycanda qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının siyahısı genişlənir

Azərbaycan, Bakı, 3 iyul /Trend, müxbir Zülfiyyə Qurbanova/

Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "AzFinance Asset Management" MMC-yə beş il müddətinə aktivlərin idarə edilməsi üzrə fəaliyyət göstərməklə bağlı yeni xüsusi icazə verib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Komitənin saytında yerləşdirilmiş məlumatda deyilir.

Hazırda qiymətli kağızlar bazarında broker fəaliyyəti üzrə 15, diler fəaliyyəti üzrə15, depozitar fəaliyyət üzrə 3, qiymətli kağız sahiblərinin reyestrinin aparılması, aktivlərin idarə olunması və klirinq fəaliyyətinin hər biri üzrə 2, fond birjasının fəaliyyəti üzrə bir lisenziya qüvvədədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti