...

Rəcəb Tayyib Ərdoğan "Caspian Energy" jurnalını 15 illik yubileyi münasibətilə təbrik edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 İyul 2014 15:16 (UTC +04:00)

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan dünya informasiya bazarında fəaliyyətinin 15 illik yubileyi münasibətilə "Caspian Energy International Media Group"un oxucularını və redaksiya heyətini təbrik edib.

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib: "Jurnalın 15 illik yubileyi münasibətilə oxucularınızı ürəkdən təbrik edirəm.

Ümid edirəm ki, "Caspian Energy" uğurlu jurnal olaraq bundan sonra da yubileylərini qeyd edəcək.

Sizə məlum olduğu kimi, 2014-cü ildə "Əsrin müqaviləsi"nin 20 illik yubileyi qeyd olunur. Fürsətdən istifadə edib Azərbaycanda keçiriləcək bütün təntənəli mərasimlərlə bağlı ən xoş diləklərimi çatdırıram.

"Caspian Energy" jurnalı vasitəsilə mən Azərbaycan xalqına və bütün azərbaycanlı qardaşlarıma təbriklərimi çatdırmaq istərdim".

Türkiyənin Baş naziri R.T.Ərdoğan, həmçinin "Caspian Energy" jurnalına eksklüziv müsahibə verib. Bu müsahibə "Əsrin müqaviləsi"nin yubileyinə həsr edilən xüsusi nömrədə dərc olunacaq.

Əlavə məlumat üçün:

Tel/Faks: (+994 12) 447 02 36/38, 447 21 86/87

E-mail: [email protected]; [email protected]

URL: www.caspianenergy.net; www.caspianenergy.org; www.caspianenergyforum.com

Məqalədə:
Xəbər lenti

Xəbər lenti