...

Azərbaycan Beynəlxalq Bankı ölkə banklarının məlumat reytinqində yenə birincidir

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Avqust 2014 14:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 avqust /Trend/

"Media Consulting and Services" (MC&S) şirkətinin hazırladığı reytinq cədvəlində Azərbaycan Beynəlxalq Bankı (ABB) 2014-cü ilin iyul ayında KİV-də yerləşdirilən məlumatların sayına görə yenə liderdir.

Cümə axşamı bankdan Trend-ə daxil olan məlumata görə, MC&S reytinqinə əsasən, ölkənin kütləvi informasiya vasitələrində iyul ayında ABB barədə 334 məlumat gedib ki, bunun da 291 onlayn KİV, digərləri qəzet, radio və televiziyanın payına düşür.

MC&S mütəmadi olaraq 160 adda kütləvi informasiya vasitələrini izləyir, iqtisadiyyatın 20 sektoru üzrə monitorinq keçirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti