...

Azərbaycan sakinləri indi British Airways Şirkətinin biletlərini saxlama imkanına malikdirlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Avqust 2014 11:25 (UTC +04:00)
Azərbaycandan Londona, Avropaya və Şimali Amerikaya ən sərfəli uçuş fürsətlərini axtaran hər kəs üçün ba.com saytı vasitəsilə British Airways şirkətinin biletlərini 72 saat müddətinə saxlanma funksiyasi artiq mövcuddur. Bu funksiyanın qiyməti cəmi 5 funt sterlinq təşkil edir və ya təxminən 7 manat.
Azərbaycan sakinləri indi British Airways Şirkətinin biletlərini saxlama imkanına malikdirlər

Azərbaycan, Bakı, 27 avqust /Trend, müxbir Sadiq Nemətzadə/

Azərbaycandan Londona, Avropaya və Şimali Amerikaya ən sərfəli uçuş fürsətlərini axtaran hər kəs üçün ba.com saytı vasitəsilə British Airways şirkətinin biletlərini 72 saat müddətinə saxlanma funksiyasi artiq mövcuddur. Bu funksiyanın qiyməti cəmi 5 funt sterlinq təşkil edir və ya təxminən 7 manat.

Trend-in məlumatına görə, bu yenilik müştərilərə əminlik və xoşbəxtlik hissi verir. Əgər 72 saat ərzində müştəri uçuşunu ödəmək istəyirsə saxlanma depoziti geri qaytarılır və ondan sonra bilet əldə oluna bilər.

London Heathrow hava limanından qısa məsafəli uçuşların rezervasiyası adambaşı cəmi 5 GBP təşkil edir (7AZN)*, uzun məsafəli uçuşlarda isə 10 GBP və ya təxminən 13 AZN ödəməklə öz yerlərinin təmin olunmasına müştərilər arxayın ola bilərlər.

"Əla qiymətə bilet görüb lakin onu müxtəlif səbəblərə görə(işdən icazənin olmamağı, ailə ilə razılaşdırma ehtiyacı və s.) almaq imkanina malik olmamaq, sonra isə biletin qiymətinin dəyişdiyini və ya yerlərin bitdiyini görmək, çox məyusedici amildir" - British Airways şirkətinin baş kommersiya direktoru Drew Crawley bildirib.

"İndi müştərilər qiyməti görüb öz yerlərini 3 günə qədər saxlama imkanına malikdirlər. Müştərilərdən aldığımız rəy bizi əmin edir ki, bu servis çox populyar olacaq və onlara istədikləri uçuşun sərfəli və vaxtlarına uyğun olmasını təmin edəcək." Crawley qeyd edib.

Yeni saxlama imkanı İAG-yə məxsus olan British Airways və İberianın birgə layihəsinin nəticəsidir, bu da British Airways tərəfindən həyata keçirilən bütün uçuşlara, o cümlədən rezervləşdirilmiş bilet üzrə code-sharing uçuşlari, İberia, İberia Express, Air Nostrum və British Airways uçuşlarının istənilən kombinasiyalarına aiddir.
Yeni təşəbbüs British Airways şirkətinin uçuşlarını asan və rahat etmək üçün nəzərdə tutulub.

Gatwickdən başlayaraq Fuerteventura, Grenoble, Friedrichshafen, Cagliari, Rhodes, Crete, Bodrum and Dalamana qədər olan yeni marşrutlar British Airways müştərilərinin uçuşunu əvvəlkindən də rahat edəcək.

Aviaşirkət Londonun Heathrow aeroportuna həftədə 6 uçuş təklif edir, bu da Londondan sonraki istiqamətlərdə uçmaq istəyənlər üçün çox rahat olacaq.

Böyük Britaniya və Avropa üçün qısa məsafəli uçuşların saxlama haqqı müvafiq olaraq 5£ və 5€ təşkil edir. Uzun məsafəli uçuşların haqqı isə 10£, 10$ (ABŞ-da rezervasiya olunan) və 10€ təşkil edir. Bütün digər valyutalar üçün saxlama haqqı funt sterlinqə qarşı çevriləcək.

Azərbaycan manatı GBP-dən emal tarifləri ilə çevriləcək.

Danimarka, Norveç və İsveç kimi ölkələrə uçuşların hal hazırda saxlama imkanı malik deyil, lakin gələcəkdə mütləq əlavə olunacaq.

Yay mövsümində "British Airways" həftədə 10 aviareys, qış mövsümündə isə Bakıdan Londonun Hitrou hava limanına gündəlik aviareyslər həyata keçirir. "British Airways" - 179 istiqaməti əhatə edən irimiqyaslı beynəlxalq aviaşirkətdir. Onlardan 9 Böyük Britaniyada, 84 Avropada, 86 isə bütün digər istiqamətlərdir. "British Airways" hər il bütün dünya üzrə 40 milyona yaxın sərnişin daşıyır.

Aviaşirkət, əksəriyyəti uzun məsafəli uçuşlar üçün tam münasib 4 salon seçməyi təklif edir. Azərbaycanda müştərilərə iki cür salon təklif edilir - Biznes və Ekonom. "British Airways" yeni təyyarələr, salonlar, texnologiyalar və marşrutlara daim maliyyə vəsaitləri ayırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti