...

MDB və Baltikyanı ölkələr yükdaşıma proqnozunu təqribən 100 faiz icra ediblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Oktyabr 2014 13:50 (UTC +04:00)
MDB və Baltikyanı ölkələrin Dəmiryol Nəqliyyatı Şurasının iştirakçıları yanvar-sentyabr aylarında yükdaşıma proqnozunu 99,5 faiz icra ediblər.
MDB və Baltikyanı ölkələr yükdaşıma proqnozunu təqribən 100 faiz icra ediblər

Azərbaycan, Bakı, 21 oktyabr /Trend, müxbir Maksim Tsurkov/

MDB və Baltikyanı ölkələrin Dəmiryol Nəqliyyatı Şurasının iştirakçıları yanvar-sentyabr aylarında yükdaşıma proqnozunu 99,5 faiz icra ediblər. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı "Rusiya Dəmir Yolları" ASC-nin sədri Vladimir Yakunin Bakıda Şuranın 61-ci iclasında çıxış edərkən deyib.

Onun sözlərinə əsasən, yanvar-sentyabrda MDB-nin üzv ölkələrinin dəmir yolları 1,51 milyard ton yük daşıyıblar ki, bu da proqnoz göstəricisindən 0,5 faiz azdır: "Qazaxıstan, Tacikistan, Özbəkistan və Ukraynadan başqa, bütün ölkələrin dəmiryol administrasiyaları yükləmə üzrə qəbul edilən öhdəlikləri yerinə yetiriblər".

V.Yakunin qeyd edib ki, beynəlxalq dəmiryol rabitəsində yüklərin daşınması 9,4 faiz, yükləmə 2,5 faiz azalıb, eyni zamanda, yükdaşımaların orta hesabla uzaqlığı 6,3 faiz artıb: "Konteyner daşımalarının həcmi 11,8 faiz, iritonnajlı konteynerlərin yüklənməsi 0,4 sutka sürətlənib".

O əlavə edib ki, dəmiryol şəbəkəsi kifayət sayda vaqonlarla və ümumi parkda təqribən 87 faiz xüsusi vaqonların mövcudluğu şəraitində işləyib: "Doqquz ay ərzində 51,8 min vaqonun ayrılması həyata keçirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4 faiz azdır. Bununla belə texniki səbəblər üzündən 15,8 min vaqon, gömrük üzrə isə 5,1 min vaqon ayrılıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti