...

ÜGT-nin Bakıda keçirəcəyi beynəlxalq gömrük konfransının vaxtı açıqlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Dekabr 2014 14:22 (UTC +04:00)
2015-ci il sentyabrın 8-9-da Azərbaycanda PICARD beynəlxalq konfransı keçiriləcək. Konfrans Azərbaycan gömrüyünün potensialının inkişafı üzrə vacib tədbirlərin bir hissəsi olacaq.
ÜGT-nin Bakıda keçirəcəyi beynəlxalq gömrük konfransının vaxtı açıqlanıb

Azərbaycan, Bakı, 8 dekabr /Trend, müxbir Maksim Tsurkov/

2015-ci il sentyabrın 8-9-da Azərbaycanda PICARD beynəlxalq konfransı keçiriləcək. Konfrans Azərbaycan gömrüyünün potensialının inkişafı üzrə vacib tədbirlərin bir hissəsi olacaq.

Trend-in məlumatına görə, bunu bazar ertəsi Bakıda Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Ümumdünya Gömrük Təşkilatı (ÜGT) Avropa Regionunun Potensialının Gücləndirilməsi üzrə Milli Əlaqələndirici Şəxslərinin iclasında deyib.

Onun sözlərinə görə, Azərbaycan gömrüyü kadrların ixtisasının artırılmasına, həmçinin bu istiqamətdə beynəlxalq əlaqələrin inkişafına xüsusi önəm verir: "Bu sahədə əməkdaşlığın inkişafı üçün hazırda səmərəli icra edilən bir sıra vacib sazişlər imzaladıq. Bu, gömrük potensialını gücləndirməyə imkan verir və gələn il sentyabrın 8-9-da Bakıda PICARD beynəlxalq konfransının keçirilməsi bu işdə vacib mərhələ olacaq".

DGK sədri qeyd edib ki, qloballaşma prosesləri və regional inteqrasiyanın inkişafı ticarət həcminin artmasına xidmət edir ki, bu da gömrük xidmətləri qarşısında iki vacib vəzifə qoyur: "Birincisi, ticarətin və müvafiq prosedurların sadələşdirilməsi, ikinicisi isə qaçaqmalçılığın qarşısının alınması, cəmiyyətin sağlamlığının təmin edilməsi, əqli mülkiyyət hüququnun qorunmasıdır. Deyə bilərəm ki, Azərbaycan gömrüyü bu iki vəzifənin öhdəsindən uğurla gəlir".

Bu gün Bakıda ÜGT-in Avropa Regionunun Potensialının Gücləndirilməsi üzrə Milli Əlaqələndirici Şəxslərinin ikigünlük iclası başlayıb. İclasda 21 ölkənin, həmçinin Avropa Komissiyası və ÜGT-nin nümayəndələri iştirak edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti