...

Azərbaycan Rusiya ilə əlavə dəmiryol reysləri aça bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Dekabr 2014 13:33 (UTC +04:00)
"Azərbaycan Dəmir Yolları" QSC tələbat və sıx sərnişin axını olarsa, Rusiya ilə əlavə dəmiryol reysləri aça bilər.
Azərbaycan Rusiya ilə əlavə dəmiryol reysləri aça bilər

Azərbaycan, Bakı, 9 dekabr /Trend, müxbir Emil İsmayılov/

"Azərbaycan Dəmir Yolları" QSC tələbat və sıx sərnişin axını olarsa, Rusiya ilə əlavə dəmiryol reysləri aça bilər. Bu barədə çərşənbə axşamı Trend-ə QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib.

O deyib: "Əlavə reyslərin buraxılması mümkünlüyünə qatarların yay hərəkət qrafikinin tərtib olunması zamanı baxıla bilər və bu qərar böyük sərnişin axının mövcudluğundan asılı olacaq".

Mətbuat xidməti rəhbərinin sözlərinə görə, bununla yanaşı, bu məsələnin Rusiya tərəfi ilə də razılaşdırılması vacibdir. Çünki qatarların gəlişi və gedişi qrafiki qabaqcadan tərtib olunur: "Tələb və Rusiya tərəfi ilə razılaşma olarsa, əlavə reyslərin buraxılması mümkün olacaq".

Onun sözlərinə görə, əlavə reyslərin buraxılması istiqamətinin seçimi sərnişinlər tərəfdən tələbdən asılı olacaq.

Dünən QSC 16 dekabr 2014-cü ildən şimal istiqamətdə hərəkət edən, "Rusiya Dəmir Yolları" ASC-yə məxsus bəzi sərnişin qatarlarının hərəkətinin müvəqqəti olaraq dayandırıldığını elan etmişdi.

Belə ki, "Rusiya Dəmir Yolları" ASC-nin məlumatına əsasən, 16.12.14-cü ildən etibarən Rusiya dəmir yollarına məxsus 392/391 №-li Rostov-Bakı, 18.12.2014-cü ildən etibarən 374/373 №-li Tümen-Bakı, 20.12.2014-cü ildən etibarən isə 96/95 №-li Moskva-Bakı sərnişin qatarlarının hərəkəti iqtisadi cəhətdən səmərəli olmadığına görə dayandırılır.

Bakıdan Rostova və ya əks istiqamətdə gedən sərnişinlər Bakı-Xarkov qatarının xidmətindən istifadə edə biləcəklər.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin daşımaları Departamenti sərnişinlərin nəzərinə çatdırır ki, Tümen-Bakı sərnişin qatarının əvəzinə 14.12.2014-cü ildən etibarən, 373-/374 №-li Tümen-Mahaçqala qatarı təyin olunacaqdır. Həmin qatara və Rusiya və MDB Dəmir Yolları ərazisində hərəkət edən digər sərnişin qatarlarına bilet satışı Bakı-sərnişin stansiyasının 2 №-li kassasından həyata keçiriləcəkdir.

Sərnişinlərin nəzərinə o da çatdırılır ki, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinə məxsus 55-56 saylı Bakı-Moskva sərnişin qatarı həftənin 4-cü günləri, Bakı-Xarkov sərnişin qatarı isə dörd gündən bir - cədvəl üzrə - hərəkətdə olacaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti