...

"Türk Hava Yolları" 60-dan artıq uçuşu təxirə salıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Yanvar 2015 10:13 (UTC +04:00)
"Türk Hava Yolları" aviaşirkəti yanvarın 8-də ümumilikdə 57 daxili və 7 xarici uçuşu təxirə salıb.
"Türk Hava Yolları" 60-dan artıq uçuşu təxirə salıb

Azərbaycan, Bakı, 8 yanvar /Trend, müxbir Rufiz Hafizoğlu/

"Türk Hava Yolları" aviaşirkəti yanvarın 8-də ümumilikdə 57 daxili və 7 xarici uçuşu təxirə salıb. Bu barədə cümə axşamı Trend aviaşirkətin saytına istinadən xəbər verir.

Şirkətin məlumatına görə, təxirə salınan xarici reyslər arasında Tbilisi, Budapeşt, Aşqabad, Brüssel, Saloniki, Priştina və Skopye reysləri var.

Uçuşların təxirə salınmasının səbəblərindən biri İstanbulda yağan güclü qar və şaxtalar olub.

Qeyd edək ki, yanvarın 6-7-də "Türk Hava Yolları" ümumilikdə 44 daxili və xarici reysi təxirə salmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti