...

Dəmir yolunun Böyük Kəsik – Soyuq Bulaq mənzilində əsaslı təmir aparılır (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Yanvar 2015 10:02 (UTC +04:00)
Dəmir yolu nəqliyyat sisteminin inkişafina dair Dövlət Proqramının icrası çərçivəsində Bakı - Böyük Kəsik istiqamətində əsaslı təmir işləri davam edir.
Dəmir yolunun Böyük Kəsik – Soyuq Bulaq mənzilində əsaslı təmir aparılır (FOTO)

Azərbaycan, Bakı, 15 yanvar /Trend/

Dəmir yolu nəqliyyat sisteminin inkişafina dair Dövlət Proqramının icrası çərçivəsində Bakı - Böyük Kəsik istiqamətində əsaslı təmir işləri davam edir.

"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu gün Böyük Kəsik - Soyuq Bulaq mənzilində 10 km yolun əsaslı təmirinə start verilib. Təmir işləri bir həftə davam edəcək.

Əsaslı təmir işlərini "Azərbaycan Dəmir Yolları" QSC "Dəmiryolservis" MMC-nin müəssisələri həyata keçirir. "Dəmiryolservis" MMC-nin baş mühəndisi Əfsələfddin Gəncəliyevin verdiyi məlumatda bildirilir ki, səhər saatlarında artiq 1000 metr köhnə yol sökülüb.

Qeyd edək ki, Bakı-Böyük Kəsik istiqamətində 10 iyun 2011-ci ildə Tatli-Ağstafa sahəsinin 97-ci kilometrində start verilib, bu günə kimi 360 km yol əsasli təmir olunub və 800 metrlik uzunölçülü relslərlə (pletlərlə) əvəzlənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti