...

İstanbulda bütün dəniz reysləri ləğv olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Fevral 2015 10:04 (UTC +04:00)
İstanbulda əlverişsiz hava şəraiti ilə əlaqədar bütün dəniz reysləri ləğv edilib.
İstanbulda bütün dəniz reysləri ləğv olunub

Azərbaycan, Bakı, 10 fevral /Trend, müxbir Rufiz Hafizoğlu/

İstanbulda əlverişsiz hava şəraiti ilə əlaqədar bütün dəniz reysləri ləğv edilib. Bu barədə Trend Türkiyənin "Haber7" telekanalına istinadən xəbər verir.

Hazırda fevralın 10-na planlaşdırılan reyslər ləğv edilib. Onların digər günlərə keçirilməsi barədə məlumat verilmir.

Həmçinin Türkiyənin bir sıra sahilyanı vilayətlərində də dəniz reyslərinin təxirə salındığı da bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti