...

İstanbul-Bakı aviareysi də təxirə salındı

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Fevral 2015 14:24 (UTC +04:00)
"Türk Hava Yolları" aviaşirkəti İstanbul-Bakı marşrutu üzrə reysi təxirə salıb.
İstanbul-Bakı aviareysi də təxirə salındı

Azərbaycan, Bakı, 18 fevral /Trend, müxbir Maksim Tsurkov/

"Türk Hava Yolları" aviaşirkəti İstanbul-Bakı marşrutu üzrə reysi təxirə salıb. Bu barədə Trend-ə Heydər Əliyev Beynəlxalq Hava Limanından bildirilib.

Aeroportdan deyiblər ki, İstanbuldan saat 13:20-də icra edilməli olan reys təxirə salınıb. Həmin reyslə uçmalı olan sərnişinlər isə saat 19:40-da Bakıya başqa təyyarə ilə gələcəklər.

Hələlik axşam reysinin ləğv edilməsi ilə bağlı məlumat yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti