...

Bu Novruz unudulmaz olacaq (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Mart 2015 20:26 (UTC +04:00)
Unibank "28 Mall" ticarət mərkəzində bayram şənliyi təşkil edir.
Bu Novruz unudulmaz olacaq (FOTO)

Azərbaycan, Bakı, 19 mart /Trend/

Unibank "28 Mall" ticarət mərkəzində bayram şənliyi təşkil edir.

Bankdan Trend-ə daxil olan məlumatda deyilir: "Novruz bayramını ən böyük səməninin yanında, Kosa və Keçəllə yumurta döyüşdürə-döyüşdürə qeyd etmək istərdinizmi? Üstəlik, Kosa və Keçəldən bayram payı almaq lap yaxşı olardı. Bəlkə inandırıcı deyil, amma şəhərə pay yığan yox, böyüklü-kiçikli hər kəsə bayram payı paylayan Kosa gəlib. Özü də Unibank-ın "28 Mall" ticarət mərkəzində təşkil etdiyi bayram şənliyində iştirak edir. Unibank-ın Novruz şənliyində iştirak etsəniz, həm ən böyük səmənini görəcəksiniz, həm də Kosa və Keçəllə yumurta döyüşdürüb hədiyyələr qazanacaqsınız. Kosa və Keçəl bayram şənliyində iştirak edən balaca dostlarına da maraqlı hədiyyələr edəcək. Unibank-ın Novruz şənliyinə hər kəs dəvətlidir. Novruz bayramınızı Unibank-la daha gözəl, daha şən və unudulmaz edin!"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti