...

Azərbaycan və Rusiya dəmir yollarının əlaqələri genişləndiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Mart 2015 09:56 (UTC +04:00)
Azərbaycan və Rusiya dəmir yolu idarələri arasında əlaqələr daha da genişləndiriləcək.
Azərbaycan və Rusiya dəmir yollarının əlaqələri genişləndiriləcək

Azərbaycan, Bakı, 21 mart /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan və Rusiya dəmir yolu idarələri arasında əlaqələr daha da genişləndiriləcək.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətindən Trend-ə verilən məlumata görə, Rusiyanın paytaxtı Moskva şəhərində Azərbaycan və Rusiya dəmir yolu rəhbərləri arasında ikitərəfli görüş keçirilib.

"Rusiya Dəmir Yolları" ASC-nin prezidenti Vladimir Yakunin bildirib ki, ölkələrimiz arasında olan dostluq və əməkdaşlıq münasibətləri bütün sahələrdə, o cümlədən dəmir yolları arasında da özünü əyani büruzə verir: "İnanırıq ki, Azərbaycan Dəmir Yollarının yeni rəhbərliyi bu ələqələrin daha da genişləndirilməsində aktivlik nümayiş etdirəcək".

"Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov Azərbaycan Dəmir Yollarında reallaşdırılan layihələr, qarşıda duran perspektiv vəzifələr haqqında ətraflı məlumat verərək bildirib ki, Azərbaycan və Rusiya dəmir yolları arasında mövcud əlaqələr bundan sonra daha da genişləndiriləcək.

Sonra hər iki ölkənin dəmir yolları arasında cari və gələcək inkişaf perspektivləri müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti