...

Azərbaycanda ilin II yarısında istehlakçı qiymətləri sabitləşəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 İyun 2015 17:56 (UTC +04:00)
2015-ci ilin II yarısında Azərbaycanda mal və xidmətlərin qiyməti sabitləşəcək.
Azərbaycanda ilin II yarısında istehlakçı qiymətləri sabitləşəcək

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 1 iyun /Trend, müxbirlər Ənvər Məmmədov, Azad Həsənli/

2015-ci ilin II yarısında Azərbaycanda mal və xidmətlərin qiyməti sabitləşəcək. Trend-in məlumatına görə, bunu "PAŞA Bank" ASC-nin İdarə heyətinin üzvü Taleh Kazımov Bakıda keçirilən Maliyyə Bazarları üzrə Forumda deyib.

Onun sözlərinə görə, 2015-ci ilin fevral-mart aylarında ölkədə istehlakçı qiymətlərinin artımı sürətlənsə də, inflyasiya əleyhinə qəbul edilmiş tədbirlər nəticəsində onun qarşısını almaq mümkün oldu: "Son 4 ayda Azərbaycan iqtisadiyyatı 3,5 faiz artıb. Belə ki, qeyri-neft sektoru 6,8 faiz, qeyri-neft məhsullarının ixracı isə 40 faiz artıb".

T.Kazımov qeyd edib: "Proqnozlarımıza əsasən, Azərbaycanda bu il iqtisadi artım 2-3 faiz olacaq".

Ölkənin bank sektorundakı vəziyyətdən danışan T.Kazımov əlavə edib ki, milli valyutada depozitlər 36,4 faiz azalıb (11-dən 7 milyard manatadək) ki, bu da bütün bank sisteminə güclü təsir etməyib: "Kreditlərin verilməsi və qaytarılması arasında nisbət pozulub, ümumi portfeldə problemli kreditlərin payının artması ilə yanaşı, kredit portfelinin azalması müşahidə edilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti