...

Britaniya Azərbaycana dünya bazarlarına çıxmağa kömək etməyə hazırdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 İyun 2015 22:37 (UTC +04:00)
Böyük Britaniya Azərbaycanın dünya bazarlarına çıxmasına kömək etmək üçün ölkəyə peşəkar kadrlar təklif etməyə hazırdır.
Britaniya Azərbaycana dünya bazarlarına çıxmağa kömək etməyə hazırdır

Azərbaycan, Bakı, 2 iyun /Trend, müxbir Ənvər Məmmədov/

Böyük Britaniya Azərbaycanın dünya bazarlarına çıxmasına kömək etmək üçün ölkəyə peşəkar kadrlar təklif etməyə hazırdır. Bunu Trend-ə Böyük Britaniyanın London şəhərinin Lord meri Alan Yarrou deyib.

O bildirib: "Bizim peşəkar kadrlar hazırlaya bilən "Institute of Chartered Accountants in England & Wales" və digər iri institutlarımız var. Onlar Bakının dünya bazarlarına çıxmasına kömək edə bilər".

Lord merin sözlərinə görə, Azərbaycanın regional maliyyə mərkəzinə çevrilməsi üçün bir sıra zəruri şərtlərə əməl etmək lazımdır: "Azərbaycan kadrların peşəkarlığı baxımdan dünya standartlarına cavab verməlidir. Bundan başqa, vergi tutulması və qanunlar, xüsusilə də ticarət qanunvericiliyi dünya standartlarına cavab verməlidir. Qanunvericiliyin şəffaf və sürətli fəaliyyəti təmin edilməlidir. Ölkədə buraxılan səhm və istiqrazlara dünya maliyyə bazarlarında qiymət təyin edilməsi üçün bu şərtlər zəruridir".

O, qeyd edib ki, Azərbaycan istənilən halda bu standartları qəbul etməlidir: "Biz əvvəlcə bu standartların ölkədə qalıcı olacağını görməliyik, çünki onların qəbulu daha çox investoru Azərbaycana cəlb edəcək. Böyük Britaniya üçün maliyyə xidmətlərinin göstərilməsi Azərbaycanla əməkdaşlığın prioritetlərindən biridir. Biz həyat sığortası və pensiya sistemi sahələrində əməkdaşlıq etmək istərdik. Bu sektorlar inkişafdadır, onlara düzgün təməl lazımdır və bu baxımdan öz qanunverici bazanı yaratmalısan".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti