...

Londonun Lord meri: Britaniya Azərbaycan iqtisadiyyatının inkişafına yardım etməyə davam edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 İyun 2015 18:05 (UTC +04:00)
Azərbaycan və Böyük Britaniya arasında sıx əməkdaşlıq mövcuddur.
Londonun Lord meri: Britaniya Azərbaycan iqtisadiyyatının inkişafına yardım etməyə davam edəcək

Azərbaycan, Bakı, 2 iyun /Trend, müxbir Cəmilə Əliyeva/

Azərbaycan və Böyük Britaniya arasında sıx əməkdaşlıq mövcuddur. Trend-in məlumatına görə, bunu London şәhәrinin Lord meri Alan Yarrou Bakıda keçirdiyi mәtbuat konfransında deyib.

A.Yarrou bildirib ki, Azərbaycanda bir sıra yüksək səviyyəli görüşlər keçirib və bu görüşlər zamanı ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi imkanları müzakirə edilib: "Azərbaycanda təqribən 5 min britaniyalı işləyir. Böyük Britaniya Azərbaycan iqtisadiyyatının inkişafına yardım etməyə davam edəcək".

Lord mer, həmçinin Londonda Olimpiya Oyunlarının böyük uğurla keçdiyini və Bakıda keçiriləcək I Avropa Oyunlarının da belə bir uğura imza atacağına əmin olduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti