...

Lord mer: Britaniya Azərbaycana dünya kapital bazarları ilə inteqrasiyada kömək etməyə hazırdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 İyun 2015 20:38 (UTC +04:00)
Böyük Britaniya Azərbaycanın kapital bazarlarının dünyanın kapital bazarları ilə inteqrasiyasına kömək etməyə hazırdır.
Lord mer: Britaniya Azərbaycana dünya kapital bazarları ilə inteqrasiyada kömək etməyə hazırdır

Azərbaycan, Bakı, 2 iyun /Trend, müxbir Azad Həsənli/

Böyük Britaniya Azərbaycanın kapital bazarlarının dünyanın kapital bazarları ilə inteqrasiyasına kömək etməyə hazırdır.

Trend-in məlumatına görə, bunu London şәhәrinin Lord meri Alan Yarrou Bakıda keçirdiyi mәtbuat konfransında deyib.

Onun sözlərinə əsasən, Azərbaycan iqtisadiyyatı neft-qaz sektorundan asılılığını qoruyur, buna görə də ölkə kapital bazarlarını inkişaf etdirməlidir: "Ümumilikdə kapital bazarları sahibkarlara vəsaitlərin cəlb edilməsi mənbələrini şaxələndirməyə imkan verir: bank kreditlərindən savayı, qlobal təşkilatlardan da vəsait cəlb etmək mümkündür".

Lord mer qeyd edib ki, iqtisadiyyatın gələcək inkişafı üçün Böyük Britaniyanın Azərbaycana edə biləcəyi əsas kömək bilik mübadiləsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti