...

Beynəlxalq "Caspian Energy Forum Astana-2015" 18 ölkədən 300 nümayəndəni bir araya gətirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 İyun 2015 15:58 (UTC +04:00)
4-cü Beynəlxalq Caspian Energy Forum Astana-2015 və “Caspian Energy Award Astana-2015” mükafatının 13-cü rəsmi təqdimetmə mərasimi 2015-ci il noyabrın 4-də Astanada baş tutacaq.
Beynəlxalq "Caspian Energy Forum Astana-2015" 18 ölkədən 300 nümayəndəni bir araya gətirəcək

4-cü Beynəlxalq "Caspian Energy Forum Astana-2015" və "Caspian Energy Award Astana-2015" mükafatının 13-cü rəsmi təqdimetmə mərasimi 2015-ci il noyabrın 4-də Astanada baş tutacaq.

Tədbirə dünyanın 18 ölkəsindən olan 300 nümayəndənin qatılması 4-cü Beynəlxalq "Caspian Energy Forum Astana-2015"-in yüksək status və aktuallığını bir daha təsdiq edir. Forumun təşkilatçısı Caspian Energy İnternational Media Group-dur.

Axşam rəsmi qala-qəbul təşkil olunacaq. Qala-qəbul çərçivəsində "Caspian Energy Award Astana-2015" mükafatının Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevə təqdimetmə mərasimi keçiriləcək.

4-cü Beynəlxalq "Caspian Energy Forum Astana-2015"-in açılış mərasimində Qazaxıstan Respublikasının Baş naziri Kərim Məsimov iştirak edəcək.

Sözügedən tədbirdə nazirlər, enerji və iqtisadi bloku təmsil edən dövlət komitələrinin və agentliklərinin rəhbərləri, Qazaxıstan Respublikasında akkreditə olunmuş diplomatik və beynəlxalq missiya nümayəndələri, həmçinin beynəlxalq Avropa maliyyə strukturlarının, neft-qaz biznesinin, Xəzər-Qara dəniz və Baltik region ölkələrinin iri beynəlxalq şirkətlərinin rəhbərləri iştirak edəcəklər.

Forumun birinci hissəsi çərçivəsində Xəzər-Qara dəniz və Baltik region dövlətlərinin dünya energetika bazarlarına inteqrasiyasının bütün aspektləri və investisiya cazibədarlıqlarının müzakirəsi planlaşdırılır.Avrasiyanın enerji, nəqliyyat və infrastruktur layihələrində aparıcı rolu, artan qaz epstream-ı və Xəzərin resurs potensialı Qazaxıstanın məruzəçi, deleqat və forum iştirakçılarının diqqət mərkəzində olacaq.

Forumun ikinci hissəsində qeyri-neft sektorunun inkişafına həsr olunmuş "Caspian Energy Forum" keçiriləcək. "Caspian Energy Forum" çərçivəsində maliyyə-bank, sığorta, lizinq, telekommunikasiya, turizm, sənaye, tikinti və digər qeyr-neft sektorunun sistemlərinə innovasiyaların yönəldilməsi, biznesin aparılması, biznes-hökumət dialoqunun yaradılması kimi məsələlər müzakirə olunacaq.

Əlavə olaraq tədbirin proqramında iştirakçıların işi və ünsiyyəti üçün kofe-breyklər və işgüzar naharın təşkil olunması nəzərdə tutulub.

Forumda və rəsmi qala-qəbulda iştirak etməyi arzu edənlər iyulun 3-dək Caspian European Club-a müraciət edə bilərlər: [email protected]

Forumun rəsmi saytı: www.caspianenergyforum.com

Məqalədə:
Xəbər lenti

Xəbər lenti